Cəmiyyət

Restoranda musiqiçilər arasında dava: ad günü ağır cinayətlə nəticələndi - VİDEO

20 Fevral 2018 21:04
0 Şərh     Baxış: 1 222
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda ad günündən çıxan musiqiçilər restoranın qarşısında dava edib. Hadisə zamanı bir musiqiçi ağır xəsarət alıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, hadisə gecə saatlarında paytaxtın Nərimanov rayonu Xətai prospektindəki restoranlardan birinin qarşısında baş verib.
39 yaşlı sintezator ifaçısı Vüqar Qasımov restoranda keçirilən ziyafətdən sonra öz musiqiçi həmkarı tərəfindən döyülüb. Nəticədə Vüqar Qasımov kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, yaralı musiqiçinin vətiyyəti ağır olaraq qalır.

Restoranının rəhbəri Rauf Hacıyevin sözlərinə görə, ad günündə iştrak edən musiqiçilər onlara aid olmayıb. Musiqiçiləri müştəri özü dəvət edib.

Rauf Hacıyev onu da bildirdi ki, ad günü ziyafətində iki musiqiçi - sintezator və saz ifaçısı iştrak edib. İlkin ehtimala görə, dava da elə həmin şəxslər arasında baş verib. Hadisənin şahidi olan restoranın təmizlik işçisi Həmayə Xəlilova da musiqiçilər arasında davanın mübahisədən sonra küçədə baş verdiyini deyir.

Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, bilinmir. Faktla bağlı NərimanovRayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Restoranda musiqiçilər arasında dava

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.