Cəmiyyət

Yumurtanın içindən elə bir şey çıxdı ki... - VİDEO

15 Fevral 2018 21:36
6 Şərh     Baxış: 3 887
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İki gündür ki, sosial şəbəkələrdə yayılan bir görüntü əksər insanların narahatlığına səbəb olub. Belə ki, paytaxt sakini mağazadan yumurta alıb. Yumurta qaynadılan zaman ondan çıxan maye qaz piltəsinin üstündə qalaraq bərkiyib və qəribə maddə əmələ gəlib. Yumurtanı alan şəxs məhsulun insan orqanizminə zərərli ola biləcəyindən ehtiyat edib. Hətta sosial şəbəkələrdə yumurtanın süni olması ilə bağlı iddialar da irəli sürülüb. İqtisadiyyat Nazirliyinin laboratoriyasında yumurta ilə bağlı yoxlamalar aparılıb. Artıq nəticələr də məlumdur.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bişirilən yumurtanın içindən çıxan maye sonradan bərkiyərək bu hala düşüb. Mənzərə paytaxt sakinini dəhşətə gətirib.

Sosial şəbəkələrdə yayılan bu görüntü ciddi narahatlığa səbəb olub.

Görüntüləri lentə alan Xətai rayon sakini Ofeliya Məmmədova deyir ki, mağazadan aldıqları yumurta qaynadılan zaman çatlayıb.Yumurtadan çıxan şəffaf maye bir müddət sonra qaz piltəsinin üzərində bərkiyərək bu formaya düşüb.

Ofeliya Məmmədova ilk dəfədir belə halla üzləşdiyini deyir.O yumurtanın insan orqanizminə mənfi təsir edə biləcəyini ehtimal edir.

Yumurtanın alındığı mağazanın sahibi məhsulun hacıqabulda rayonunda yerləşən firmalardan biri tərəfindən gətirildiyini bildirib. Onun sözlərinə görə belə qəribə vəziyyətlə heç zaman rastlaşmayıblar. Onlara bu haqda ilk dəfədir müraciət edilir.

Bu məsələ satılan yumurtanın keyfiyyətini gündəmə gətirir. Sözügedən hadisə ilə bağlı iqtisadiyyat nazirliyinin müvafiq laboratoriyasında yoxlamalar aparılıb. Nazirliyin şöbə müdiri Elşad Həsənovun sözlərinə görə analizin nəticələri yumurtanın keyfiyyətinin norma çərçivəsində olduğunu göstərib

Şöbə müdiri qeyd edib ki, yumurtanın daxilindəki mayenin sonradan sərtləşməsi nəticəsində əmələ gələn maddənin yumurtaya heç bir aiddiyyatı yoxdur. O da əlavə edilib ki, hansısa vətəndaş bu və ya digər halla yenidən üzləşərsə dərhal aiddiyyatı qurumlara məlumat versin.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Yumurtanın içindən elə bir şey çıxdı ki...

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.