Cəmiyyət

Abituriyent seçim etməkdə sərbəst olacaq - Yeni qəbul qaydalarına şərh - VİDEO

15 Fevral 2018 21:34
0 Şərh     Baxış: 1 324

Ali təhsil müəssələrinə qəbulu qaydalarında dəyişiklik edilib. Yeni qaydalara əsasən abituriyentlər yaz və yay qəbul imtahanlarında fərqli qruplar üzrə imtahan verə biləcəklər. Xüsusi qabiliyyət tələb edən ixtisasları seçən abituriyentlərin isə qəbul imtahanında iştirakına ehtiyac qalmayacaq. Onlar buraxılış imtahanın nəticəsinə əsasən ixtisas seçəcəklər.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, universitetə qəbul olmaq istəyənlərin seçim imkanları artırıldı. Nazirlər Kabineti tərəfindən təsdiqlənən yeni qaydalara əsasən yaz və yay qəbul imtahanlarında iştirak edən abituriyentlər fərqli qruplar üzrə imtahan verə biləcəklər.

Yəni abituriyentlər 2 imtahanda iştirak etməklə, ümumilikdə 3 ixtisas qrupuna aid olan ixtisasları seçə bilərlər.

Digər dəyişikliyə əsasən isə xüsusi qabiliyyət tələb edən ixtisasları, yəni V ixtisas qrupunu seçən abituriyentlərin qəbul imtahanda iştirakına ehtiyac qalmayacaq. Onlar buraxılış imtahanın nəticəsinə əsasən ixtisas qrupu seçəcəklər.

Qeyd edək ki, ötən illərdə xüsusi qabilliyyət tələb edən ixtisası seçmək istəyən abituriyent ödəniş edib elektron qeydiyyatdan keçdiyi halda, buraxılış imtahanında keçid balını toplamadığından, imtahanda iştirak edə bilmirdi. Bu isə abituriyyentin narazılığına səbəb olurdu.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Abituriyent seçim etməkdə sərbəst olacaq

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.