Cəmiyyət

Dilqəm və Şahbaz dəyişdirilə bilər: "Bu istiqamətdə iş gedir" - VİDEO

15 Fevral 2018 21:21
3 Şərh     Baxış: 1 710

Hazırda 3875 nəfər itkin düşmüş şəxs kimi qeydiyyatdadır. Onlardan 3165 nəfəri hərbçi, 710 nəfəri isə mülki şəxslərdir. Bunu ''əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyası''nın katibi, işçi qrupun rəhbəri İsmayıl Axundov deyib. O, əsirlikdə olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin dəyişdirilə biləcəyini də istisna etməyib.

''Erməni diversantları Dilqəm Əsgərov və Şahbaz Quliyevlə dəyişdirə bilərik''.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bunu jurnalistlərə müsahibəsində ''Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası''nın katibi, İşçi Qrupun rəhbəri İsmayıl Axundov deyib. Onun sözlərinə görə, bu məsələ daim diqqət mərkəzində saxlanılır.

İtkin və əsir düşənlərin sayında komisiyya tərəfindən dəqiqləşmə aparıldığını deyən İsmayıl axundov qeyd edib ki, hazırda 3875 nəfər itkin düşmüş şəxs kimi qeydiyyatdadır

İndiyə kimi 1550 nəfər itkin düşmüş şəxsin 4119 nəfər ailə üzvündən bioloji nümunələr götürülüb və hazırda bu istiqamətdə işlər davam etdirilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Dilqəm və Şahbaz dəyişdirilə bilər:

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 15 Fevral 21:25110

    Ürəyim aqriyir bunlardan meqale olanda cox pis oluram kash o gun olssun heqiqeten deyishilen gununun xeberin portallarda oxuyak onda üreyme ele bil serin su geler Ay Allahim ne olar onlarin azadlik gunun tezlikle oxuyak Amin

    Cavab yaz
  • Anonim
    Şərhçi · 15 Fevral 21:5630

    Xaraba ermrnistanda 5000 e yaxin esir azerbaycanlı var ve ne gunde olduqlarini nece işgencelrr çekdiklerini bir Allah bilir.Allah olarin da yolunu açsın.Dilqemgili deyişseler de ermeniler ele iyrenc mexluqdular ki olara neyse edecekler gelenden sonra çox yaşamayacaqlar.çunku buraxdiqlari esirlerin çoxunun bedenine neft yeridib sonra buraxirdilar ona gore de çox yasamirlar.

    Cavab yaz
    • Anonim
      Dilek · 15 Fevral 23:1330

      Insalla Allahdan umud kesilmez herdefe bunlardan xeber verilende ele bilirem ki artiq azaddirlar Nece kok idiler eriyibler resmen diliyirem Allahdan tezlikle vetenimize donsunler Insalllahhh

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.