Cəmiyyət

Bu il Azərbaycan qazı Türkiyəyə çatdırılacaq - VİDEO

15 Fevral 2018 21:30
0 Şərh     Baxış: 409
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"TANAP layihəsi üzrə Azərbaycandan Türkiyəyə ilk qaz bu ilin ortalarında çatdırılacaq". Bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov ''cənub Qaz Layihəsi'' dən danışarkən açıqlayıb. Avropa komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç isə Cənub Qaz Dəhlizi layihəsinin avropanın enerji təhlükəsizliyi üçün vacib olduğunu bildirib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, ''Cənub Qaz Dəhlizi'' layihəsi çərçivəsində işlər uğurla davam etdirilir. Bu çərçivədə Azərbaycan qazı bu il Türkiyəyə çatdırılacaq''. Bunu energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin IV iclasına həsr olunan mətbuat konfransında deyib.

Nazir Azərbaycan qazının Avropa bazarına çıxaracaq layihənin yekunlaşacağı tarixidə açıqlayıb.

Nazir eyni zamanda Yunanıstanın sərhədindən əlavə boru xətti ilə Azərbaycan qazının Bolqarıstana çatdırılacağınıda açıqlayıb.

Konfransda iştirak edən Avropa Komissiyasının Enerji Birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç isə bu layihənin Avopanın enerji təhlükəsizliyi üçün böyük əhəmiyyət daşığını bunun üçündə layihəyə lazimi dəstəyin göstərildiyini bildirib. O, artıq bir sıra ölkərin bu layihəyə maraq göstəridiyinidə açıqlayıb.

Avropa komissiyasının nümayəndəsi İran qazınında bu boru ilə daşına biləcəyini bildirib. Maroş Şevçoviçin sözlərinə görə bunun üçündə İran özü maraq göstərməlidir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bu il Azərbaycan qazı Türkiyəyə çatdırılacaq

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.