Cəmiyyət

Bu soba fərqliliyi və sərfəliliyi ilə diqqət çəkir - VİDEO

15 Fevral 2018 21:14
0 Şərh     Baxış: 989
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qazax sakininin düzəltdiyi soba fərqliliyi və sərfəliliyi ilə diqqət çəkir. Tullantı materiallardan hazırlanan qurğu 200 kvadrat metrlik emalatxananı qızdıra bilir. Sobanın işləmə prinsipi də çox maraqlıdır. Belə ki, bu sobada ancaq tullantı yanacaqdan istifadə olunur.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, propan balonu, mətbəx aspiratoru və kiçik çəndən hazırlanan qeyri adi soba. Qazaxlı avtomobil təmirçisi emalatxanasını özü düzəltdiyi qeyri-adi soba ilə qızdırır.

34 yaşlı Ramin İbrahimov tullantı materiallardan elə bir qızdırıcı düzəldib ki, həm qənaətçiliyi, qızdırma qabiliyyəti, həm də gigienikliyi ilə digər sobalardan fərqlənir. Qızdırıcının işləmə prinsipi də maraqlıdır. Belə ki, aspiratorun vurduğu hava ilə yanacaq balonun içinə püskür. Bu vasitə alovun təzyiqini arıtırır və daha çox istiliyin əldə olunmasını təmin edir. Soba gün ərzində daimi işləyərsə 10-12 litr tullantı yanacaq sərf edir.

Sobanın hazırlanmasına ixtiraçı elə də böyük vəsait xərcləmədiyini deyir. Əsasən, tullantı materiallardan hazırlanan qızdırıcı, təxminən, 60-100 manata ərsəyə gəlib. Ramin İbrahimov yanacağın da pulsuz başa gəldiyini deyir. Daha çox tullantı yağlardan istifadə edir.

Qızdırıcının üzərində düzəldilmiş karbürator rolunu oynayan qurğu alovdan ayrılan tüstünün zərərliliyini azaldır. Ramin İbrahimov qurğunu gələcəkdə daha da təkmilləşirəcək.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bu soba fərqliliyi və sərfəliliyi ilə diqqət çəkir

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.