Cəmiyyət

Bir gecədə 9 avtomobil qarət olundu - VİDEO

15 Fevral 2018 21:17
0 Şərh     Baxış: 471

Bakıda bir gecədə 9 avtomobil qarət edilib. Naməlum şəxs və ya şəxslər küçədə park edilən nəqliyyat vasitələrinin şüşələrini qıraraq içindən pul, mobil telefon və avtomobil aksesuarları oğurlayaraq vətəndaşlara külli miqdarda ziyan vurublar.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, avtomobillərin yan şüşələrini qıraraq, əllərinə keçən qiymətli əşyaları götrürüb qaçıblar.

Hadisə gecə saatlarında paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində baş verib. Yaşar Əliyev küçəsində yaşayan sakinlər səhərə yaxın xəbər tutublar ki, küçədə park etdikləri avtomobilləri qarət edilib. Zərərçəkmiş Pərviz Ələsgərovun sözlərinə görə, hadisə barədə onlara gecə işdən gələn qonşusu məlumat verib.

Zərərəçəkmişlərin sözlərinə görə, cinayətkarlardan biri yaxınlıqdakı müşahidə kamerasına düşüb. Papaqda olduğundan onun üz hissəsi tam aydın görünmür. Zərərçəkmişlər iddia edirlər ki, onlara ümumilikdə təxminən 5 min manata yaxın ziyan dəyib.

Sürücülər başlarına gələn hadisə ilə bağlı ərazi üzrə Suraxanı Rayon 32-ci polis bölməsinə müraciət ediblər. Hadisə yerinə gələn polis istintaq üçün zəruri olan dəlillər götürüb. Polis cinayəti törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bir gecədə 9 avtomobil qarət olundu

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.