Cəmiyyət

MSN ilk dəfə Avropada hərbi sərgidə təmsil olunacaq

15 Fevral 2018 19:42
0 Şərh     Baxış: 543
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrində istehsal edilən məhsulların ilk dəfə Avropada keçiriləcək sərgidə nümayişi nəzərdə tutulur.

Milli.Az AzeriDefence-yə istinadla bildirir ki, MSN 11-15 iyun tarixlərində Fransanın paytaxtı Paris şəhərində keçiriləcək "Eurosatory-2018" beynəlxalq müdafiə sərgisinə qatılacaq.

Hazırda MSN tərəfindən sərgidə iştirakla bağlı hazırlıq işləri aparılır.

Qeyd edək ki, "Eurosatory" dünyanın ən böyük müdafiə sərgilərindəndir. Bununla Azərbaycan müəssisələri ilk dəfə Qərbi Avropada keçirilən sərgidə öz imkanlarını tanıtmış olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.