Cəmiyyət

Tələbə qəbulu qaydalarında dəyişiklik edilib

15 Fevral 2018 08:10
5 Şərh     Baxış: 1 347

Nazirlər Kabineti "Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu Qaydaları"nda dəyişikliklər edib.

Milli.Az "Report"a istinadən bildirir ki,bu barədə qərarı Baş nazir Artur Rasi-zadə imzalayıb.

Dəyişikliyə görə, ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər "Abituriyentin elektron ərizəsi"ni təsdiq etdikdən sonra Mərkəz tərəfindən keçirilən qəbul imtahanında (cari ilin məzunları isə buraxılış imtahanında) iştirak edəcəklər.

İmtahanda topladıqları ümumi balları Mərkəz tərəfindən müəyyən edilmiş müsabiqə şərtlərini ödəyən abituriyentlər Mərkəzin rəsmi internet saytında seçdikləri xüsusi qabiliyyət tələb edən ixtisasın aid olduğu komissiya üzrə qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmiş abituriyentlər Mərkəz tərəfindən müəyyən edilmiş cədvəl üzrə Mərkəzin təşkil etdiyi Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyaları tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən qabiliyyət imtahanında iştirak edirlər.

Qabiliyyət imtahanının keçirilməsi şərtləri Mərkəz tərəfindən müəyyən ediləcək. Qabiliyyət imtahanlarının nəticəsi "məqbul" və ya "qeyri-məqbul"la qiymətləndiriləcək.

Eyni zamanda "Azərbaycan Respublikasında dövlət dili haqqında" qanununun 5.3-cü maddəsinə əsasən, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu zamanı Azərbaycan dili fənnindən imtahan verəcəklər. Qəbul (buraxılış) imtahanını rus dilində verən abituriyentlər Azərbaycan dili fənnindən test imtahanı verəcəklər. Bu imtahanın nəticəsi "məqbul" və ya "qeyri-məqbul"la qiymətləndiriləcək, "məqbul" alanlar iki (cari və növbəti) tədris ili üçün keçirilən müsabiqələrdə qəbul imtahanlarına (cari ilin abituriyentləri ixtisas seçiminə) buraxılacaqlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

5 Şərh:

  • Anonim
    melek · 15 Fevral 09:2920

    Bu ne demekdi ki men basa dusmedim

    Cavab yaz
    • Anonim
      Harlnpasa · 15 Fevral 10:2000

      Bu nediye gunde bir qanun clxartlrlar

      Cavab yaz
  • Anonim
    8 · 15 Fevral 10:4500

    yeni bu demekdir ki ,evveler birinci qabiliyyet verib ,daha sonra imtahan verilirdi. Indi ise bunun eksi olacaq-birinci imtahan verib, daha sonra qabiliyyet verilecek

    Cavab yaz
    • Anonim
      melek · 15 Fevral 13:2300

      Salam men tibb kollecine hazirlasiram 5 ci qurup men birini imtahan verenen sora bawqa yene ne imtahani verecem ?

      Cavab yaz
  • Anonim
    01 · 15 Fevral 20:0200

    yeni 5ci qrupa verdikden sonra, başqa qrup seçmeseniz sizin yalniz atestat imtahaniniz qalacaq

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.