Cəmiyyət

Bakıda maşını vurulan şəxs qəzanı törədən sürücünü döyərək burnunu qırıb

15 Fevral 2018 08:58
3 Şərh     Baxış: 2 892

Bakının Nizami rayonunda yol qəzası sürücülər arasında əlbəyaxa dava ilə nəticələnib.

Milli.Az "Report"a istinadən bildirir ki, Babək prospektinin Keşlə qəsəbəsi ərazisinə düşən hissəsində 1983-cü il təvəllüdlü Rəsulov Əflatun Tahir oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə markası məlum olmayan başqa bir maşının arxa hissəsinə çırpılıb.

Nəticədə sürücülər arasında dava düşüb. Bu zaman vurulan avtomobilin sürücüsü Ə.Rəsulovun üz nahiyəsinə yumruq zərbəsi endirib və onun burun sümüyü qırılıb. Bundan başqa o, bədəninin müxtəlif nahiyələrindən travma alıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 23-cü Polis bölməsində araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

3 Şərh:

  • Anonim
    $.$.$. · 15 Fevral 09:2221

    döyulən burnunu sıqorta etdiribsə yaxşı pul alar.

    Cavab yaz
  • Anonim
    Serdar · 15 Fevral 09:5322

    Kül başuva, qonşu Türkiyədə və İranda qəza olanda əksəriyyəti bir-birinə keçmiş olsun deyir, bizimkilər isə bir-birini çırpır.

    Cavab yaz
    • Anonim
      anonim · 15 Fevral 12:1700

      çünki burada maşını həyasızcasına sürürlər. sonra da QAİ və SERVİS lüt eləyir buraxır və bir çox başqa səbəblər

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.