Cəmiyyət

Binəqədidə gənc oğlan bıçaqlanıb

15 Fevral 2018 08:28
1 Şərh     Baxış: 650
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paytaxtın Binəqədi rayonu ərazisində bir nəfərin bıçaqlanması ilə nəticələnən dava baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, Xocahəsən qəsəbəsində 1992-ci il təvəllüdlü Hüseynov Hüseynağa Kərim oğlu evə gedərkən naməlum şəxs ona yaxınlaşaraq mübahisə etməyə başlayıb.

Bu zaman əlbəyaxa dava düşüb. H.Hüseynov özünü müdafiə edərkən bıçaqlanıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Binəqədi Rayon Polis İdarəsinin 40-ci Polis bölməsinin əməkdaşları hadisəni törədən şəxsi axtarır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.