Cəmiyyət

Bakıda 2 avtomobil toqquşub: ölənlər var

15 Fevral 2018 08:08
1 Şərh     Baxış: 833

Paytaxtda iki avtomobil toqquşub.

Milli.Az Trend-ə istinadən bildirir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda "Kamaz" markalı yük avtomobili ilə "VAZ" markalı minik avtomobili toqquşub. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilinin sürücü (şəxsiyyəti məlum deyil) və sərnişini, 1984-cü il təvəllüdlü İsrafilov Sərvan Eldar oğlunun cəsədlərini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil verib.

Əməliyyat başa çatıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

1 Şərh:

  • Anonim
    $.$.$. · 15 Fevral 09:3200

    muşahidə etmişəm ki yol qəzasında ölənlərin əksəriyyəti cavanlardır. səriştəsizlikdən bəlkə də olur bu qəzalar .Allah rəhmət etsin.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.