Cəmiyyət

Allah Təala niyə Həzrət İbrahindən nifrin etməməsini istədi?

18 Fevral 2018 23:10
15 Şərh     Baxış: 2 593
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Quranda belə bir ayə vardır: "Beləcə İbrahimə (atasının və qövmünün azğınlıqda olmasını öyrətdiyimiz kimi, Özümüzün) göylərə və yerə olan tam malikiyyət və rübubiyyətimizi (də) göstərirdik (ki, dəlilgətirmə məqamında elmli və bacarıqlı olsun) və (həmçinin) inananlardan olması üçün". ("Ənam" 75).

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu ayə ilə bağlı hədis vardır və həmin hədisdə oxuyuruq: "O zaman ki, Allah İbrahimin (ə) gözünün önündə olan pərdələri götürdü, İbrahim (ə) yerdə və göydə olanları görməyə başladı. İbrahim (ə) yerə nəzər saldı və iki nəfəri zina ilə məşğul olan halda gördü, onları nifrin etdi. Bu zaman hər ikisi həlak oldular.

Sonra yenə yerə nəzər saldı və başqa iki nəfəri bu halda gördü və nifrin etdi. Onlar da həlak oldular.

Üçüncü dəfə də iki nəfəri bu halda görəndə Allahdan xitab gəldi: "Öz nifrinini Mənim bəndələrim və kənizlərimin üzərində götür. Mən bağışlayan, mehriban, səbirli və cəbbaram. Bəndələrimin günahları Mənə ziyan vurmur, necə ki, itaətləri Mənə fayda vermir.

Mən bəndələrim ilə üç işdən birini görərəm: ya tövbə edərlər və Mən də onların tövbəsini qəbul edərəm. Günahlarını bağışlayaram və eyiblərini örtərəm. Ya əzabı onlardan götürərəm, çünki bilirəm ki, bellərindən mömin övladlar dünyaya gələcəklər. Ona görə də naşükür ataları ilə mehribanlıq edirəm ki, mömin insanlar onların belindən dünyaya gəlsinlər. O zaman ki, möminlər dünyaya gələrlər və ataları da tövbə etməzsə, əzabı onlar üçün təyin edərəm. Əgər nə bu olsa və nə də o - axirətdə onlar üçün hazırladığım əzab, sənin onlar üçün istədiyindən də böyükdür.

Ey İbrahim! Məni bəndələrimlə burax ki, Mən səbirli, müdrik, cəbbaram. Öz elmimlə onların həyatında tədbir görərəm. Qəza və qədərimi onlara nazil edərəm".

Allah Təala Özü bizi bağışlanmışlardan qərar versin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.