Cəmiyyət

Sürücülərin diqqətinə! - VİDEO

14 Fevral 2018 22:14
1 Şərh     Baxış: 2 593

Yan-yana qoyulanda aralarındakı fərq açıq aydın bilinir. Saxta olanının üzərində nə istehsalçı firmanın adı nə də məhsulun kodu var. Söhbət avtomobil üçün nəzərdə tutulan filtrlərdən gedir. Milli.Az xəbər verir ki, ehtiyyat hissələrinin satışı ilə məşğul olan şəxslər bildirir ki, son zamanlar bazarlarda saxta filtrlərin sayı çoxalıb. Keyfiyyətli filterləri seçməyin isə bir neçə üsulu var.

Avtomobil ehtiyyat hissələri üzrə mütəxəssis Mahir Həsənovun sözlərinə görə, xüsusən də yağ filtrləri daha sıx toxunmalı və möhkəm formada olmalıdır. Həm orjinal olan, həm də olmayan amma keyfiyyətli filtrlərin üzərində istehsalçı firmanın adı olur və onlar daha möhkəm formada hazırlanır.

Ustların sözlərinə görə keyfiyyətsiz filtrlər mühərrikin düzgün işləməməsinə səbəb olur və yanacaq sərfiyyatını artırır.

Ustalar bildirir ki, sürücülər saxta filtlrəri ucuz olduğu üçün alırlar. Amma bu hal qənaət edilən məbləğdən qat-qat artığının təmirə xərclənməsinə səbəb olur. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Sürücülərin diqqətinə! Filter dəyişərkən ehtiyatlı olun

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Rafael · 15 Fevral 00:3300

    Düzdü. Elə gərəy birdəfəlik alasan yaxşısın

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.