Cəmiyyət

AMEA-nın ümumi yığıncağının vaxtı dəyişib - SƏBƏB

14 Fevral 2018 18:34
1 Şərh     Baxış: 605

Prezident seçkiləri ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağının vaxtı dəyişib.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, Akademiyanın Rəyasət Heyətinin bu gün keçirilən iclasında AMEA prezidenti, akademik Akif Əlizadə bildirib ki, əvvəlcədən ümumi yığıncağın aprelin 11-də keçirilməsi planlaşdırılmışdı:

"Lakin bildiyiniz kimi, Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzaladığı müvafiq sərəncamla aprelin 11-də ölkədə prezident seçkiləri baş tutacaq. Buna görə də biz Akademiyanın ümumi yığıncağını iyun ayında keçirəcəyik".

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    M · 14 Fevral 19:0021

    Guya keçirib neyləyəcəkdiz?!

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.