Cəmiyyət

Türkiyə şirkətləri Azərbaycanla birlikdə Cocuq Mərcanlıda layihələr həyata keçirəcək

14 Fevral 2018 18:25
1 Şərh     Baxış: 714

Azərbaycan Türkiyənin Cocuq Mərcanlı kəndində layihə həyata keçirmək təşəbbüsünü bəyənir və layihənin reallaşdırılmasına hər cür dəstək göstərməyə hazırdır.

İqtisadiyyat Nazirliyindən Milli.Az-a verilən məlumata görə, bu barədə nazir Şahin Mustafayevin Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralla görüşündə bildirilib.

Görüşdə Türkiyə tərəfi arıçılıq, heyvandarlıq, kiçik istixana təsərrüfatı və suvenir istehsalı sahələrini əhatə edən layihə barədə məlumat verib. Bildirilib ki, layihəyə uyğun olaraq, Cucuq Mərcanlıda 15 ailə üçün arıçılıq təsərrüfatı yaradılacaq və lazımi avadanlıqlarla təchiz ediləcək. Layihə çərçivəsində həmçinin, 150 başlıq südçülük təsərrüfatının yaradılması da nəzərdə tutulur.

Bundan başqa, layihəyə əsasən, Cocuq Mərcanlıda 15 kiçik həcmli istixana qurulacaq və damcı suvarma sistemləri ilə təmin ediləcək, toxum, ştil və s. alınmasında dəstək göstəriləcək, ailələrə təlimlər keçiriləcək. İstixana təsərrüfatlarında kənd əhalisinin məşğulluğu təmin olunacaq, kənd əhalisinin bir sıra tərəvəz məhsullarına olan ehtiyacı yerli imkanlar hesabına ödəniləcək. Bundan başqa, layihə çərçivəsində suvenir istehsalı təşkil olunacaq ki, burada keramika və müxtəlif oyuncaqlar hazırlanacaq.

Layihənin reallaşdırılması nəticəsində istehsal olunan bütün məhsullar "Cocuq Mərcanlı" loqosu ilə satışa çıxarılacaq.

Ş.Mustafayev Azərbaycan Prezidentinin yeni həyat bəxş etdiyi Cocuq Mərcanlıya göstərilən diqqətə görə Türkiyə tərəfinə minnətdarlıq edib və layihənin Cocuq Mərcanlının inkişafında, kənd sakinlərinin məşğulluğunun təmin edilməsində və sosial rifahının yaxşılaşdırılmasında əhəmiyyətlı olacağını, Azərbaycan tərəfindən layihəyə hər cür dəstək göstəriləcəyini vurğulayıb.

Milli.Az

Şərh yaz:

1 Şərh:

  • Anonim
    $.$.$. · 15 Fevral 09:4100

    Turklərin bu cur projesindən təkcə Cocuq Mərcanlıda yox butun rayonlarımızda təşkil edilsə kəndlərdən şəhərə iş axtarmaqa gələnlərin sayı azalar.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.