Cəmiyyət

Rusiyada ağır yol qəzasında iki azərbaycanlı azyaşlı yaralanıb, biri maşının şüşəsindən çıxaraq yerə düşüb

14 Fevral 2018 08:46
1 Şərh     Baxış: 1 567

Rusiyanın Sankt-Peterburq vilayətinin Primorski diyarında ikisi azyaşlı olmaqla üç azərbaycanlının iştirakı ilə yol qəzası baş verib.

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə ötən gün axşam saat 20:00 radələrində Boqatırski prospekti ilə Yaxtennaya küçəsinin kəsişməsində qeydə alınıb.

Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ" markalı avtomobil iki xarici markalı maşınla toqquşub.

Polis əməkdaşlarının Sankt-Peterburqda Uşaq Hüquqları üzrə Müvəkkil Svetlana Aqapitovaya bildirdiklərinə görə, qəzaya qarşıdan gələn maşınlara yol verməyən "VAZ"ın sürücüsü səbəb olub.

Qəza zamanı Azərbaycan vətəndaşının avtomobilinin qarşı oturacağında bir təhlükəsizlik kəməri ilə bağlanmış iki azyaşlı övladı olub. Zərbənin gücündən onlardan biri - 6 yaşlı oğlan maşının alın şüşəsindən bayıra çıxıb. Uşaq ağır vəziyyətdə N19 saylı Uşaq Şəhər Xəstəxanasına çatdırılıb.

Tibb müəssisəsindən verilən məlumata görə, uşaq ciddi kəllə-beyin travması alıb. Onun ağ ciyərləri Reanimasiya şöbəsində süni nəfəs aparatına qoşulub. Ailənin qəza zamanı xəsarət alan kiçik qız övladı Müqəddəs Mariya Maqdalina adına N2 saylı Uşaq Şəhər Xəstəxanasına yerləşdirilib. Qardaşına nisbətdə onun vəziyyəti elə də ağır deyil. Uşaq özündədir və həyatı üçün heç bir təhlükə yoxdur.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    .... · 14 Fevral 11:1201

    Telmanın da nəvəsini oğlunu bunlara dönsün

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.