Cəmiyyət

Bəziləri əcaib səslənən bu adları uşaqlarımıza verə biləri - SİYAHI

13 Fevral 2018 22:12
3 Şərh     Baxış: 2 201
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda yeni doğulan körpələrə qoyulmasına icazə verilən qəribə adlar açıqlanıb.

Milli.Az "Report"a istinadən bildirir ki,adlar siyahısında Atabərk, Aycan, Alak, Amangəldi, Cudi, Cumar, Curuş kimi kişi, Axirə, Anacan, Arıqız, Ayca, Ayda, Aysadə, Ayqan, Balı, Balış kimi qadın adları yer alıb.

Valideynlər övladlarına Abaqa, Abdar, Abdil, Abdulşir, Ablı, Absalat, Acaralp, Adıbaba, Adıbala, Adıgün, Adlıbəy, Ağamal, Akim kimi kişi, Abayət, Abıtel, Adaxanım, Adıdan, Afəridə, Afiliyə, Afrizə, Aftab, Ağanənə, Ağçiçək, Ağnur, Ağnurə, Ağanurə kimi qadın adları da qoya bilərlər.

Adlar siyahısında Atabərk, Ataqardaş, Ataulla, Ayman, Aləmgir, Amanulla, Amiyət, Anlar kimi kişi, Ağtab, Akça, Akpinar, Alabikə, Aldona, Aleftina, Aləmara, Aləməfruz, Aləmsuz, Alnarə, Alyanaq, Anabacı, Aybacı, Anatac, Anayə, Aniyə, Arasiyyə, Arasta, Ayat, Aysalı, Aytamam, Ayulduz, Aynaisə, Aznurə kimi qadın adları da yer alıb.

Körpələrə Bağdasər, Balaman, Bayel, Bilən, Bilgər, Birnur, Borazan, Bozər, Calib, Carər, Cavlı, Cəsarətdin, Cövzalı kimi kişi, Bacıgül, Badamnar, Badəgül, Baxçagül, Bağdaxanım, Balacaxanım, Başxanım, Bəyanə, Cəbirə (zor işlətmə), Cəbriyyə, Cəzanə (təngə gəlmək), Cığalı kimi qadın adları da qoyula bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.