Cəmiyyət

Sabah sevgililər günüdür - VİDEO

13 Fevral 2018 21:37
10 Şərh     Baxış: 1 410

Cütlüklərin çoxu 14 fevral tarixini sevgililər günü kimi qeyd edir. Artıq bu gündən gül salonlarında, hədiyyə dükanlarında sıxlıq müşahidə olunur. Sırf 14 fevrala görə restoranlar da xüsusi təkliflər hazırlayıblar.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, rəngarən güllərdən fərqli formalarda buket yığılıb. Gül dükanları ürəklərlə bəzədilib. Sevməyin günü və tarixi olmasa da bir çoxları 14 fevralı sevgililər günü kimi qeyd edir. Qadınların hədiyyə seçimi bu il də dəyişməz olaraq qalır.

Əvvəllər 101 ədəd gül dəbdəbəli hesab olunsa da indi 500-dən çox bağladanlar da var.

Böyükhəcmli buketlər daha ucuza başa gəlsin deyə qızılgülün yerinə qərənfil seçənlər də var. Belə ki, buta formalı buketdə 50-ə yaxın qızıl gül arnamet olaraq istifadə olunub.

Hədiyyə dükanlarına da təlabat artıb. Sevgililər daha çox kreativ hədiyyələrə üstünlük verir.

Bu arada paytaxtdakı restoranların bəziləri də sevgililər gününə özəl, xüsusi olaraq hazırlıqlar görüblər.

Əksər restoranlar sevgililər günündə özəl depazit şərtləriylə xidmət təklif edir.

Sabah üçün təlabat çox olduğundan əvvəlcədən bron etmək məsləhətdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Sabah sevgililər günüdür

loading...

Şərh yaz:

10 Şərh:

  • Anonim
    Tovuzlu E · 13 Fevral 21:4830

    Unutmusuz deye fikirlesirdim Her il bir hefte evvelden baslayardiz sevgililer gunune aid xeberler vermeye, gecikdiz bu il... O 555 gul verilen qiz gerek ki guclu olsun

    Cavab yaz
  • Anonim
    Yağmur · 13 Fevral 21:5041

    ❤❤❤

    Cavab yaz
  • Anonim
    Tovuzlu Tutu · 13 Fevral 21:5880

    Bütün sevənlərin sevgisi həmişə qarşılıqlı olsun. Sevgililər gününüz mübarək!

    Cavab yaz
  • Anonim
    nino · 13 Fevral 22:0010

    sevgililər günü bütün sevgilisi olanlara təbrik

    Cavab yaz
  • Anonim
    Amil · 13 Fevral 22:1140

    Sevenleri destekleyirem cunki mende sevirem ve sevilirem Allah sevenleri ayirmasin Amin sevgilier gunu bow seydi sevenler ucun her gun bayramdi

    Cavab yaz
  • Anonim
    Elxan · 13 Fevral 22:1631

    Tutu,topu tut. Tutu topu tutdu.

    Cavab yaz
  • Anonim
    aysen · 13 Fevral 22:1720

    Sevgiller gunumuz kutlu olsun Bütün sevənlərin sevgisi həmişə qarşılıqlı olsun. Allah butun sevenleri qorusun

    Cavab yaz
  • Anonim
    Müəllimə · 13 Fevral 22:2132

    Bu sevgililər günü nə? Bayramın tarixini öyrənin....görün qeyd etməyə dəyər? Sevgililərin günü ,tarixi olmur... Sabah gülsatanların,alveri getməyənlərin,restoran sahiblərin bayramı.... 2 Fevral Azərbaycan Gəncləri günü....Niyə təbrikləşmirdiz?...

    Cavab yaz
  • Anonim
    Agdamli · 13 Fevral 23:4940

    Ne sevgi ee pul varsa sevgide var

    Cavab yaz
  • Anonim
    eliw · 14 Fevral 00:0030

    Sevgililer gununuz mubarek..her kese sevib silmeyi..sevdiyicun deyerli olmaqi arzulayiram♥♥

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.