Cəmiyyət

Quşlarınızı belə SAXLAYIN! - Nazirlikdən XƏBƏRDARLIQ - VİDEO

13 Fevral 2018 21:34
1 Şərh     Baxış: 1 997
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanla sərhəd olan iranda quş qripi geniş şəkildə yayılıb. Bu ölkədə sözügedən virusla mübarizə aparmaq üçün 25 milyona qədər quş məhv edilib. Dövlət Baytarlıq Nəzarəti Xidməti bu amili nəzərə alaraq fərdi təsərrüfat sahiblərinə xəbərdarlıq ebib. Bu virus köçəri quşlar vasitəsi ilə yayıla bilər.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, qonşu İranda ''Quş qripi'' geniş yayılıb. Bu Azərbaycan üçün təhlükəli ola bilər.

Bu barədə Kənd Təsərüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən məlumat verilib. Xidmətin sözçüsü Yolçu Xanvəlinin sözlərinə görə İrandan Azərbaycan 2006-cı ildən quş və quşçuluq məhsulları gətirilməsinə qadağa qoyulub. Amma bununla belə bu virusun köçəri quşlarla keçməsi ehtimalı yüksəkdir.

Hazırda ölkəmizdə bu xəstəliklə bağlı epizodik durum sabitdir və quşlarda bu virusa rast gəlinməyib. Bununla belə yol kənarında satılan köçəri quşların alınması tövsiyyə olunmur. təsərrüfat sahibləri isə heyvanlarda şüphəli hal gördükdə mütləq aidiyyatı qurumlara müraciət etməlidir.

Qeyd edək ki, mart ayında dövlət baytarlıq nəzarəti xidməti tərəfindən ölkə ərazisində ''quş qripi''nə qarşı geniş monitorinqin keçirilməsi planlaşdırılır.

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Quşlarınızı belə SAXLAYIN

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.