Cəmiyyət

​Məktəbli ürəyindən bıçaqlanaraq öldürüldü - VİDEO

13 Fevral 2018 21:26
0 Şərh     Baxış: 1 137

Gəncədə 17 yaşlı oğlan küçədə bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılsa da həyatını xilas etmək olmayıb. Şirvanda isə dializ xəstəsi digər dializ xəstəsinin bıçaqla ağır yaralayıb.

11-ci sinif şagirdini küçədə bıçaqlayıblar.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, hadisə Gəncədə olub. 17 yaşlı Elnur Bağırov şəhərin Tağı Arani küçəsində ürəyindən bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyib. Elnur Bağırovun kim tərəfindən hansı şəraitdə bıçaqlanması hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Şirvanda isə sərnişin taksi sürücüsünü bıçaqlayıb.

Hadisə Şirvan Diaqnostika Mərkəzinin qarşısında qeydə alınıb. Sərnişin, 39 yaşlı Teymur Əliyev taksi sürücüsü, 31 yaşlı Afiq Novruzovun boğaz nahiyəsinə 2 bıçaq xəsarəti yetirib. Yaralı ağır vəziyyətdə diaqnostika mərkəzinə yerləşdirilərək əməliyyat olunub. Yaralıının çoxlu qan itirdiyi bildirilir. Hadisəni törədən Teymur Əliyev polis tərəfindən saxlanılıb.

Məlumata görə, onların hər ikisi dializ xəstəsi olub. Şirvan Diaqnostika mərkəzinə də dializ proseduruna birlikdə gəliblər. Avtomobildə oturarkən aralarında mübahisə baş verib. Faktla bağlı Şirvan prokurorluğunda cinayət işi açılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Məktəbli ürəyindən bıçaqlanaraq öldürüldü

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.