Cəmiyyət

Otaq yoldaşlarının əşyalarını oğurladı - VİDEO

13 Fevral 2018 21:18
0 Şərh     Baxış: 529

Kirayədə qalmaq üçün internetdən tapdığı otaq yoldaşı onun nişan üzüyünü oğurladı. Hadisə Bakıda, Orxan Mikayılovun başına gəlib. Bu azmış kimi özünü Elnur adıyla təqdim edən şəxs evdə qalan digər otaq yoldaşlarının da əşyalarını necə deyərlər silib-süpürərək aradan çıxıb. Zərər çəkmişlər iddia edir ki, internetdən tapdıqları otaq yoldaşları onlara xeyli ziyan vurub.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, kirayədə qalmaq üçün internetdən tapdığı otaq yoldaşı onun nişan üzüyünü oğurladı.

Hadisə paytaxtın Nəsimi rayonu Feyruz Qasımzadə küçəsi 14 ünvanındakı həyət evlərindən birində baş verib. Zərərçəkmiş Orxan Mikayılovun sözlərinə görə, 10 gün əvvəl otaq yoldaşlarından biri evdən çıxıb. Bu səbəbdən onunla bir yerdə qalan dostu otaq yoldaşı tapmaq üçün elan saytlarndan birində məlumat yazıblar.

Onlar həmin gün özünü Elnur kimi təqdim edən şəxslə görüşüb mənzilə gətiriblər. Həmin şəxsdən kirayə pulu tələb etdikdə bildirb ki, işlədiyi yanacaqdoldurma məntqəsindən əməkhaqqını ayın 15-də alacaq və ödənişi də elə həmin gün edəcək. Üç gün qaldıqdan sonra Elnur kimi özünü təqdim edən şəxs, evdə heç kimin olmadığından istifadə edərək Orxan Mikayılovun nişan üzüyünü və digərlərinin bütün əşyalarını oğurlayaraq qaçıb.

Zərərçəkmiş hadisədən bir gün əvvəl özünü Elnur kimi təqdim edən oğlanın şəxsiyyət vəsiqəsinin sürətini alıb ki, ev ahibinə təqdim etsin. Onlar bu hadisədən sonra müəyyən ediblər ki, şəxsiyyət vəsiqəsi Lənkəran rayon Nərimanabad qəsəbə sakini İsmayılzadə Elvin Rauf oğluna aiddir.

Orxan Mikayılov deyir ki, həmin gündən ona zəng çatmır. Zərərə gəldikdə isə iddia edirlər ki, onlara təxminən min manatdan çox ziyan dəyib. Hadisə ilə bağlı Nəsimi rayon 20-ci polis bölməsinə məlumat veriblər. İndi polis həmin şəxsi axtarır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Otaq yoldaşlarının əşyalarını oğurladı

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.