Cəmiyyət

Uşaqda özünə etimadı yaratmağın yolları

15 Fevral 2018 21:10
0 Şərh     Baxış: 584

Valideyn uşağın özünə etimad hissinin gücləndirilməsində yardımçı ola bilər. Valideyn nələri etməlidir ki, uşağın özünə etimadını gücləndirsin?

1. O zaman ki, uşaq hiss edər ki, onu sevirlər - özünü sevməyə başlayar. Valideyn onu sevgi ilə qucaqlayanda, öpəndə uşağa gözəl hisslər aşılayar.

2. Uşağın güclü tərəfləri üzərində diqqətinizi cəmləyin, zəif tərəfləri üzərində deyil. Onu öz istedadlarını büruzə verməyə təvşiq edin. Milli.Az deyerler.org-a istinadən bildirir ki, uşağa yardım edin ki, öz zəif tərəflərini tanısın və onları aradan qaldırmağı bacarsın.

3. Uşaq müvəffəqiyyətin nə olduğunu başa düşməlidir və valideyn də ona başa salmalıdır ki, müvəffəqiyyət qazanmaq elə də asan bir iş deyildir. Həmişə əldə olunmur. Ona görə də valideyn uşağa bəzən qazanan deyil, məğlub olan tərəf olmağı da öyrətməlidir.

4. Uşağa yeni məharətləri öyrətmək ona yardım edər ki, özünə etimadı güclənsin. Misal üçün bağbanlıq etmək, qab yumaq, öz otağını səliqəyə salmaq məharətləri onda özünə inamı artırar.

5. Uşağa seçim imkanı yaratmaq lazımdır. Misal üçün yeməyini, paltarını və oyun növünü seçməyi onun ixtiyarına qoyun. Bu işdə məsuliyyətli olmağı ona öyrədin. Əgər kiçik işlərdə məsuliyyətli olarsa, böyük işlərin də məsuliyyətini boynuna götürə biləcəkdir.

6. Əgər uşağınızın bir çətinliyi yaranıbdırsa, imkan verin özü onu həll etməyə çalışsın. Bu əməl özünə etimadını gücləndirər.

7. Ona özünü qorumağı və başqalarını qorumağı öyrədin. Şəxsi gigiyenası barəsində onunla söhbət edin.

8. Uşaqlar hər bir şeyi imtahandan keçirtməyi sevirlər. Əgər uşağınız nəyisə öyrənmək istəyirsə və ya yeni məharətlər əldə etmək istəyirsə - onu təşviq edin.

9. Bunu yaddan çıxartmayın ki, uşağı təşviq etmək və tərifləmək yaxşı əməldir, ancaq gərək həddini aşmasın. Həddini aşarsa, uşağa ancaq ziyan vurar.

10. Uşaqla onun məsələlərini müzakirə etməyə çalışın. Sizin üçün xırda və əhəmiyyətsiz görünə bilən hansısa mövzu, uşağınız üçün həyati əhamiyyət kəsb edə bilər. Və siz buna diqqət göstərdikdə, uşaqla güclü daxili rabitələr yaratmış olursunuz.

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.