Cəmiyyət

Sabunçuda avtomobil 60 yaşlı piyadanı vurub

13 Fevral 2018 08:48
0 Şərh     Baxış: 455

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Sabunçu rayonunda, Şəhər şosesində qeydə alınıb.

99-MG-438 dövlət qeydiyyat nişanlı avtomobil 1958-ci il Nadirov Arifi vurub. Nəticədə o, xəsarət alıb.

A.Nadirov 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyəti ağırdır.

Hadisəni törədən sürücü Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.