Cəmiyyət

Qlokom göz xəstəliyi nədir?

17 Fevral 2018 23:50
1 Şərh     Baxış: 2 584
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Göz təzyiqi adlandırılan qlokom xəstəliyi görmə sinirini zədələyərək korluğa səbəb olur.

Milli.Az immunitet.az-a istinadən bildirir ki, türkiyəli oftalmoloq Ümit Beden bu xəstəlikdəki ən böyük risk faktorunun göz içi təzyiqinin artışı olduğunu söyləyib. Onun sözlərinə görə, bütün glokom xəstəlikləri eyni deyil:

"Çox fərqli xəstəlikllər də mövcuddur. Açıq, qapalı qlokom və doğuşdan yaranan bəzi göz inkişaf pozğunluqları nəticəsində yaranan bu növ xəstəlik zaman edillən müayinələr də bir-birindən fərqlənir. Xəstəlikdə zədə, görmə sinirində mövcuddur.

Müayinənin məqsədi də göz təzyiqinin ölçüsünün yanında yerləşən optik sinirlərin təhlilidir. Adətən bu xəstəlik gizli inkişaf edər.

Bu vəziyyətdə görmə zəifliyinin başladığını fərq etməyə bilərsiniz. Bu növ problem zamanı görmə itkisindən başqa əlamət meydana çıxmaz. Xüsusilə 40 yaşdan yuxarı insanlar diqqətli davranmalı və mütəmadi olaraq göz müayinələrini etməlidirlər.

Qeyd edək ki, erkən diaqnoz nə qədər tez olarsa göz xəstəliyinin müalicəsi də bir o qədər tez başlayar. Əvvəlki görmə keyfiyyəti qayıtmaz amma zəifləməyin qarşısı alınar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.