Cəmiyyət

Orqan köçürülməsi ilə bağlı yeni qaydalar hazırlanır - VİDEO

12 Fevral 2018 21:39
0 Şərh     Baxış: 1 145
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bir insan sağ olan zaman orqanlarının bağışlanması barədə vəsiyyət edibsə, bu insanlara orqan köçürülməsi zamanı güzəştlər olmalıdır. Yəni bu insan sağlığında tutaq ki, böyrəklə bağlı problemlə rastlaşıbsa, ilk növbədə belə insanlara böyrək və digər orqanlar köçürülməlidir". Milli.Az bildirir ki, bu fikirlər Milli Məclisin səhiyyə komitəsində transplantologiya ilə bağlı müzakirələrdə səsləndirilib. Komitənin sədr müavini Musa Quliyev bildirir ki, orqan nəqlinin həyata keçirilməsi üçün müzakirələrdə bir sıra maraqlı təkliflər irəli sürülüb. Bunlardan biri də beyin ölümü gerçəkləşən xəstələrdən razılıq alınmadan orqan nəqlinin həyata keçirilməsidir.

Müzakirələrdə orqan tranplantasiyası ilə bağlı yeni qanunvericilik aktının hazırlanması üçün yaradılan işçi qrupuna rəhbəri Musa Quliyev bildirir ki, orqan nəqli çox ciddi məsələ olduğuna görə bu şəxslərin vahid məlumat bazasının yaradılması da müzakirə olunub.

Musa Quliyev bildirir ki, orqan nəql olunan şəxslər uzun ömür boyu dərmanlar qəbul etməli olduğundan onların sosial müdafiəsi də gücləndirilməlidir.

Millət vəkili dünyanın bir çox ölkələrində hazırda mövcud olan lakin Azərbaycanda qadağan olan uşaq orqanlarının köçürülməsi üçün də qanunun yenilənməsinə ehtiyac olduğunu bildirib. Musa Quliyev bildirir ki, beyin ölümü gerçəkləşən uşaqlardan alınan orqanlar digər xəstə uşaqların həyatlarına davam etməsi üçün önəmli rol oynaya bilər. Millət vəkili bildirir ki, orqan nəqli ilə bağlı müzakirələr növbəti həftələrdə də davam etdiriləcək. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Orqan köçürülməsi ilə bağlı yeni qaydalar hazırlanır

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.