Cəmiyyət

Bakıda ilk balıq bazarı açıldı - Qiymətlər necə olacaq? - VİDEO

12 Fevral 2018 21:33
2 Şərh     Baxış: 18 219
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paytaxtın Pirallahı rayonunun giriş hissəsində yeni tikilən balıq bazarı artıq istifadəyə verilib. Burda ilkin olaraq dənizdən tutulan balıqlar satışa çıxarılıb. Satıcıların sözlərinə görə, qiymət digər bazarlarla müqayisədə ucuzdur.

Milli.Az bildirir ki, 7 hektar ərazidə salınan kompleksdə balıq istehsalı üçün açıq və qapalı tipli fermanın tikintisi davam etdirilir. Fermada il ərzində 150 ton nərəkimilər cinsindən olan balıq və 4 ton qara kürü istehsal olunacaq.

Qapalı tipli balıq fermasında yetişdirilən balıqlar topdan satış qiymətinə satılacaq.

Balıqyetişdirmə fermalarının bu il ərzində istifadəyə verilməsi planlaşdırılır. Vətəndaşların rahatlığı üçün Kompleksin ətrafındakı sahil zonası abadlaşdırlıb, ərazi yaşıllaşdırılaraq park salınıb. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda ilk balıq bazarı açıldı - Qiymətlər necə olacaq?

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.