Cəmiyyət

Bakıda mənzil bazarında QİYMƏTLƏR dəyişdi...

12 Fevral 2018 19:15
2 Şərh     Baxış: 4 899

İlkin nəticələrə əsasən, yanvar ayında təkrar mənzil bazarında evlərin qiymətində 1.2-1.5 faiz nisbəti arasında bahalaşma müşahidə olunub.

Milli.Az bildirir ki, bunu Trend-ə Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib.

R.Osmanlı qeyd edib ki, qiymət artımı gözlənilən olmayıb: "Çünki adətən yanvar ayında qiymət ya düşür, ya da stabilləşir. Amma bazarda bu dəfə aktivliyin azalması müşahidə olunsa da, əksinə qiymətlər artdı".

Ekspertin sözlərinə görə, qiymət artımı daha çox dəyəri 120 min manata qədər olan mənzillərdə müşahidə olunub.

R.Osmanlı əlavə edib ki, ilkin mənzil bazarında isə qiymətlər stabil qalıb.

Qeyd edək ki, 2017-ci ilin dekabr ayında da Bakıda mənzillərin qiymətində bahalaşma qeydə alınmışdı. Belə ki, təkrar mənzil bazarında qiymətlərdə ay ərzində artım 2.51 faiz təşkil etmişdi.

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    mr · 12 Fevral 20:1850

    Evler çox bahadir. Yaziq kasib ne etsin

    Cavab yaz
  • Anonim
    Ayka · 13 Fevral 16:5700

    Satılan evlər,binalar həddindən çoxdu. Günü gündən artır. Almaq istəyən də çoxdu. O qədər bahalıqdı ki, arzumuz ürəyimizdə qalır. Ucuzlaşdırılsa hamı alar.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.