Cəmiyyət

Magistraturaya qəbul olunmaq istəyənlərin NƏZƏRİNƏ: Vaxt uzadıldı

12 Fevral 2018 18:10
2 Şərh     Baxış: 871

Azərbaycanın ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarına elektron ərizə qəbulunun vaxtı ərizələrini doldurmuş, lakin təsdiq etməmiş namizədlərin sayının çox olması nəzərə alınaraq 13 fevral saat 12:00-dək uzadılıb.

Bu barədə Milli.Az-a Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ərizələrini doldurmuş, lakin hələ təsdiq etməmiş bakalavrlar qeyd olunan tarixədək elektron ərizələrini təsdiq edə bilərlər.

Qeyd olunub ki, 12 fevral saat 17:55-ə olan məlumata əsasən, 12260 bakalavr ərizə doldurub və onlardan 11731 nəfəri öz ərizəsini təsdiq edib.

Elektron ərizələrini Sənəd Qəbulu Komissiyasında (SQK) təsdiq etdirməli olan namizədlərin nəzərinə çatdırır ki, SQK 13 fevral saat 12:00-dək fəaliyyət göstərəcək. (Ünvan: Yasamal rayonu, Mikayıl Müşviq küçəsi, 1M).

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Vetendaw · 12 Fevral 20:0410

    Biri men erizeni yazmiwam ama tesdiq etmek ucun pulum yoxdu.insafiniz olsun 50 manat coxdu.

    Cavab yaz
  • Anonim
    · 12 Fevral 21:3310

    Allah yetirsin

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.