Cəmiyyət

​Bakı üçün böyük təhlükə - VİDEO - FOTO

12 Fevral 2018 19:12
2 Şərh     Baxış: 2 847
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bayıl yamacında, Bakı Televiziya Qülləsinin ətrafında torpaq qatında çatlar əmələ gəlib.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, sürüşmə sahəsindəki təhlükəli evlərin sayı 100-dən çoxdur. 

Yazdagül Hüseynova (sakin): "Uşaqlarımı, nəvəmi çıxartmışdım bayıra. Oğlumun biri evin içində idi. Allah istəyib ki, oğlum evin altında qalmayıb".

Bayıl yamacında sürüşmə sahəsi təxmini olaraq 7 ha ərazini əhatə edir. 106 evdən 4-ü uçub. Sürüşmə ərazisi qumlu-gilli süxurlardan ibarət olduğu üçün yamacın 45 dərəcəyə qədər meyilliyi var. Uzunluğu 30 m, dərinliyi isə 12 m olan çatlar əmələ gəlib.

Sürüşmə ərazisində tədqiqatlar davam etdiyi üçün prosesin qarşısını almaq üçün konkret layihə hələ hazırlanmayıb. Mütəxəssislər prosesin gələn aylarda aktivləşməsini istisna etmir. Ərazidəki 90-a yaxın evin sakini köçürülüb.

Milli.Az 

Videonu izləmək üçün şəklə klikləyin:

Bakı üçün böyük təhlükə - Əhali qorxu içərisindədir

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.