Cəmiyyət

TRT-də Nargin adası ilə bağlı sənədli film nümayiş olunacaq

12 Fevral 2018 18:24
1 Şərh     Baxış: 1 110
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin "TRT Belgesel" kanalında Nargin adası ilə bağlı sənədli film nümayiş olunacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, TRT Belgesel, ötən il "Bilinməyən Tarix, Nargin Adası Əsarəti " adlı sənədli film çəkilişlərinə Bakı, Nargin Adası və Gəncədə start verib.

Sənədli film, Birinci Dünya müharibəsində Nargin adasında rus ordusu tərəfindən əsir götürülən osmanlı əsgərləri və bu əsirlərə kömək əlini uzadan azərbaycanlılardan bəhs edir.

TRT sənədli filmin ərsəyə gəlməsində göstərdikləri köməyə görə başda Azərbaycan Dövlət Televiziyası AZ TV, Azərbaycan Xarici İşlər Nazirliyi, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutu və əməyi keçən hər kəsə minnətdarlığını bildirir. Bu sənədli film Azərbaycan və Türkiyənin ortaq şanlı tarixinin bir parçası olaraq yaddaşlarda yaşayacaq.

Sənədli film fevralın 17-də saat 21.30 - da "TRT Belgesel" kanalında yayımlanacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.