Cəmiyyət

Quba məzarlığında rəmzi abidə ucaldılacaq

12 Fevral 2018 16:34
0 Şərh     Baxış: 878
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Quba Soyqırımı Memorial Kompleksində 1918-ci ilin qanlı hadisələrini əks etdirən memorial lövhə vurulması və burada rəmzi abidənin ucaldılması nəzərdə tutulur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Quba Soyqırımı Memorial Kompleksində vəziyyətin araşdırılması üzrə komissiyanın üzvü, akademik İsa Həbibbəyli deyib.

İ.Həbibbəylinin sözlərinə görə, müvafiq təşkilatlar memorial lövhənin və rəmzi abidənin hazırlanması üzərində iş aparır. Bu işlərin mart ayının əvvəllərinədək başa çatdırılması planlaşdırılır.

AMEA-nın vitse-prezidenti əlavə edib ki, Azərbaycanlıların soyqırımı günlərində Quba məzarlığında abidənin ucaldılması və memorial lövhənin vurulması mərasimi rəsmi şəkildə həyata keçiriləcək.

İ.Həbibbəyli qeyd edib ki, vaxtilə erməni təcavüzkarları tərəfindən vəhşicəsinə qətlə yetirilərək qeyri-insani şəkildə məzarlara doldurulmuş tarixi məzarlıqda müəyyən yenidənqurma işləri aparılıb, azərbaycanlılarla yanaşı, digər millətlərə də aid olan buradakı insan sümükləri milli və dini adətlərə uyğun olaraq torpağa basdırılıb, qorunmaq üçün məzarlığın üstü örtülüb. Hazırda Quba məzarlığı ətrafında müəyyən abadlıq işləri aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.