Cəmiyyət

Tarixçi: "Ermənilər heç vaxt onlara məxsus olmayan bölgədə məskunlaşdırılıb"

12 Fevral 2018 14:37
2 Şərh     Baxış: 2 041

1827-ci ildə İrəvan və Naxçıvan xanlıqları rus işğalına məruz qalmış və 1828-ci ildə çar hökuməti tərəfindən "erməni vilayəti"nə çevrilmişdi.

Mİlli.Az xəbər verir ki, bunu Trend-ə Bakı Dövlət Universitetinin (BDU) Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının müdiri, dosent Mehman Abdullayev ermənilərin maliyyələşdirdiyi bəzi rus KİV-lərində İrəvanın guya tarixi Ermənistan torpağı olduğu ilə bağlı iddialara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu ərazilərdəki 359 (310-u İrəvan əyalətində) Azərbaycan kəndinin əhalisi işğal zamanı ruslar tərəfindən kütləvi qırğınlara məruz qalaraq öz doğma ocaqlarından qovulub çıxardılıb.

Ermənilərin "erməni vilayəti" adlandırılan əraziyə sonradan köçürüldüyünü deyən M.Abdullayev qeyd edib ki, tarixi faktlar da bunu təsdiq edir.

Tarixçi alim bildirib ki, Qacar dövlətindən və Osmanlı imperiyasından kütləvi şəkildə köçürülüb gətirilən 130 minə yaxın erməninin böyük hissəsinin məhz bu bölgədə yerləşdirilməsi demoqrafik vəziyyətdə ciddi dəyişikliklərə gətirib çıxarıb. Daha çox dəyişikliklər İrəvan və Naxçıvanın kənd əhalisinin tərkibində baş verib:

"Bölgəni hərtərəfli şəkildə təhlil etmiş tarixçi İ.İ.Şopen ermənilərin bu bölgənin yerli, köklü əhalisi olmadıqlarını dəqiq bildiyi üçün onlar haqqında danışarkən düzgün olaraq "əvvəldən yaşayanlar" (yəni Türkmənçay müqaviləsindən əvvəl) ifadəsini işlətdiyi halda, tərtib etdiyi bəzi cədvəllərdə nədənsə fikrini dəyişərək erməniləri bölgənin "yerli" əhalisi kimi təqdim etməyə çalışıb. 1832-ci il kameral siyahıyaalmada "yerli", yəni "əvvəldən yaşayan" erməni ailələrin sayı 4.428-ə (13.058 nəfər kişi, 12.093 qadın, cəmi 25.151 nəfərə) çatırdı".

Alim deyib ki, kütləvi köçürmələrdən qabaq İrəvan, Naxçıvan və Ordubad bölgələrində əhalinin böyük əksəriyyətini - 78,4%-ni Azərbaycan türkləri təşkil edirdi. Lakin dörd il ərzində Rusiyanın həyata keçirdiyi köçürmə siyasəti bölgənin demoqrafik mənzərəsini kəskin şəkildə dəyişdirib: "Çox qısa müddət keçəndən sonra - 1832-ci ildə "erməni vilayəti" adlandırılan bölgədə yaşayan ailələrin sayı 31.201-ə və yaxud 164.450 nəfərə (86.786 kişi, 77.664 qadın) çatıb və bölgədə, bir növ, "demoqrafik partlayış" baş verib. Nəticədə əhalinin tərkibində Azərbaycan türklərinin say nisbəti kəskin şəkildə azalaraq 51,53%-ə düşüb, erməni əhalisinin say nisbəti isə 21,6%-dən 48,47%-ə çataraq 2,2 dəfədən çox artıb.

M.Abdullayev bildirib ki, 1828-1832-ci illər arasında keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazisinə tarixi ədəbiyyatda "İran" adlandırılan Qacar dövlətindən 6.949 erməni ailə, yaxud 35.560 nəfər erməni (18.837 kişi, 16.723 qadın), Osmanlı imperiyasından isə 3.682 erməni ailə və ya 21.666 nəfər erməni (11.417 kişi, 10.249 qadın) köçürülərək məskunlaşdırılıb.

Alim əlavə edib ki, ermənilər heç vaxt onlara məxsus olmayan bölgədə məskunlaşdırılıb: "Açıq-aydın görünür ki, İrəvan bölgəsində 1832-ci ildə qeydə alınan 65.280 nəfər erməninin 45.207 nəfəri və yaxud 70%-ni Qacar və Osmanlı dövlətlərindən köçürülüb gətirilən köçkün ermənilər təşkil edirdi. İrəvan bölgəsinə kütləvi erməni köçürmələrinin xalqımız üçün demoqrafik nəticəsi çox ağır oldu. 1832-ci il statistikasına görə, İrəvan bölgəsində yaşayan erməni ailələrin sayı 12.694-dən kəskin şəkildə artaraq 20.927-yə çatmışdı. Artıq həmin ildə qeydə alınan 115.115 nəfər əhalinin cəmi 49.875 nəfərini və yaxud 43,3%-ni Azərbaycan türkləri təşkil edirdi. Beləliklə, bölgənin köklü əhalisi olan Azərbaycan türkləri qısa müddətdə öz doğma torpağında üstün etnos mövqeyini itirərək çoxluqdan etnik azlığa çevrildi".

Dosent bildirib ki, hətta kütləvi erməni köçürmələrinə baxmayaraq, 1832-ci ildə İrəvan bölgələrində olduqca az sayda - erməni ali zümrəsini təşkil edən cəmi 22 məlik və ağa ailəsi yaşayırdı.

Onun sözlərinə görə, böyük hissəsi gəlmə olan erməni əhalisinin say tərkibində də erməni ali zümrəsinin xüsusi çəkisi o qədər də çox deyildi: "İ.Şopenin statistik göstəricilər üzrə apardığı müqayisəli təhlilin nəticəsi açıq şəkildə göstərir ki, kütləvi erməni köçürmələrinə baxmayaraq, 1832-ci ildə müsəlman ali zümrəsinin xüsusi çəkisi erməni zadəganlarını 6 dəfədən də çox üstələyirdi. Bu isə İrəvan, Naxçıvan və Ordubad bölgələrində Azərbaycan türklərinin və onun ali zümrəsinin köklü olduğunu bir daha sübuta yetirir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Azerbaycanli · 12 Fevral 15:4060

    Ruslar bizim ilk dusmenimizdir,sonra gelir ermeniler,Rusa gore hele de torpaqlarimizi almaga gucumuz catmir.

    Cavab yaz
  • Anonim
    Anonimka · 13 Fevral 09:5600

    Alim əlavə edib ki, ermənilər heç vaxt onlara məxsus olmayan bölgədə məskunlaşdırılıb- bu cümlədə "heç vaxt" sözü nə mənada yazılıb görəsən????

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.