Cəmiyyət

"Ölümlə üz-üzə gəldim" - "Keyxanım" - VİDEO - FOTO

12 Fevral 2018 13:22
13 Şərh     Baxış: 3 949

ARB TV-nin "Boş anlar" proqramının növbəti qonağı tanınmış aparıcı Ülviyyə Əliyeva (Keyxanım) olub.

Milli.Az xəbər verir ki, Ülviyyə həyata baxışın dəyişdiyini və həyatı əvvəlki kimi yaşamadığını bildirib:

"Hər kəs öz həyatını özü yaşayır. Uzaqbaşı mənim dərdimə şərik ola bilərlər. May ayından etibarən mənim həyata baxışım dəyişib. O zaman ölümlə üz-üzə gəlmişdim. O anda hər şey gözümün qabağından lent kimi gəldi keçdi. Az qalmışdı ki, avtomobil qəzası olsun. Hər günümü sonuncu gün kimi yaşayıram. Bunu bacarmaq lazımdır. Bu gün nəsə etmək istəyirəmsə, onu həmin gün edirəm. Saxlamıram ürəyimdə".

Daha sonra barmağındakı üzükdən danışan aparıcı bildirib ki, hələ ki, ailəli deyiləm:

"Bu haqda danışmaq istəmirəm. Ailəli deyiləm. İnşallah, ailə quraram. Qadının ailəsi olmalıdır mütləq. Qadının həyatdakı missiyası yuvasının qoruyucusu olsun, uşaq böyütsün. Karyera öz yerində".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

​

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

13 Şərh:

  • Anonim
    $.$.$. · 12 Fevral 13:3178

    Keyxanım Zərnigar xanımın aqibəti siz aktrisalara xəbərdarlıq olmalıdır ki tək yaşamayasınız. ev ailə uşaq hamının arzusu olmalıdır.

    Cavab yaz
    • Anonim
      Nara · 12 Fevral 13:5883

      Gozel aile sahibi, valideyin olmag kim istemir ki?! Hami bunun arzusundadir, amma hamida alinmir. Gismet...

      Cavab yaz
      • Anonim
        Тем более ki, · 12 Fevral 14:23161

        Seçim qadında deyil. Allah yarını yetirsin sevimli aktrisamızın.

        Cavab yaz
        • Anonim
          IMF · 12 Fevral 16:3100

          Bunun hansi obrazda gormusen sene xosh gelib? Hansi yaddq qalan rolu varki?

          Cavab yaz
          • Anonim
            123 · 12 Fevral 18:1200

            Sən yəqin teatra getmirsən, bu bir.2 - cisi ekranlardan da görünür onun istedadlı və SEVİMLİ olması. Məsləhət: arada teatrlara get

            Cavab yaz
            • Anonim
              IMF · 12 Fevral 20:0700

              Yaxshi gederem)

          • Anonim
            Тем более ki, · 12 Fevral 18:4400

            O nə oynayıbsa, istər tamaşalar, istər filmlər, istərsə də aparıcı kimi çox istedadlıdır, hamısını bəyənirəm. Əgər sənə siyahı lazımsa, gir VK - yasına, ordan oxu

            Cavab yaz
            • Anonim
              IMF · 12 Fevral 20:0800

              Men senin zovqunun bu veziyyetde olduguna gore narahatam).mene lazim deyil bu

            • Anonim
              . · 12 Fevral 21:0700

              Mənə görə narahat olma. Amma əgər maraqlı deyilsə gərək heç şərhləri də oxumayaydın, heç kim səni məcbur etmirdi ki. Vəssalam, bu qədər.!

  • Anonim
    Amanti · 12 Fevral 14:4340

    Vallah hər şeyi qismətin üstünə yıxırıq. İnsanın özündə də fərasət olmalıdır.

    Cavab yaz
  • Anonim
    Qalib (İsmayıllı) · 12 Fevral 15:39410

    Mən elə bilirdim , sən ailəlisən?! Gözəl qadınsan. Ailəcanlı adama oxşayırsan. Tanrı bəxtini aşsın!

    Cavab yaz
  • Anonim
    Allahın qulu. · 13 Fevral 08:5020

    Ülviyyə xanım ailəli olub, ən yaxın rəfiqəsi ailəsin dağıdıb. İndi onlar evlidilər,bu yazıq qalıb tək. Allah qarşısına qədrin biləcək bir kişi çıxarsın tezliklə. Xoşbəxt olsun. Ülviyyə savadlı aktrisalardandı. " Hərənin öz payı,hərənin öz tayı" filmində Çiçək obrazın çox gözəl oynayır. Yaradıcılığında və şəxsi həyatında uğurlar arzu edirəm gözəl insan.

    Cavab yaz
    • Anonim
      Onu sevən · 13 Fevral 10:5000

      Amin! Allah onu xoşbəxt eləsin.

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.