Cəmiyyət

Qatı duman Ələt-Astara magistralında nəqliyyatın hərəkətini çətinləşdirib

12 Fevral 2018 08:38
0 Şərh     Baxış: 955
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qatı duman Ələt-Astara magistralında nəqliyyatın hərəkətini çətinləşdirib.

Milli.Az report.az-a istinadən bildirir ki, bu səbəbdən magistralın Masallı, Cəlilabad, Biləsuvar və Salyan rayonları ərazisindən keçən hissələrində avtomobillərin hərəkəti üçün problemlər yaranıb.

Yol Patrul Xidməti əməkdaşları çətin hava şəraitində baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısını almaq məqsədi ilə magistralın sözügedən rayonların ərazisindən keçən hissələrində gücləndirilmiş iş rejimində xidmət aparırlar.

Dumanlı hava şəraiti səbəbindən bəzi nəqliyyat vasitələrinin sürücüləri avtombili yolun hərəkət hissəsindən kənara çəkərək saxlayıblar.

Hazırda yolda hərəkət sürəti 20-30 km/saat təşkil edir. Dumanlı hava şəraiti davam etməkdədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.