Cəmiyyət

Rusiyada qəzaya uğrayan təyyarədə Azərbaycan vətəndaşının olması təsdiqlənib

12 Fevral 2018 08:19
0 Şərh     Baxış: 1 927

Rusiya FHN qəzaya uğrayan "An-148" təyyarəsinin göyərtəsində iki xarici vətəndaş - Azərbaycan və İsveçrə vətəndaşlarının olmasını təsdiqləyib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə nazirliyin saytında yerləşdirilən həlak olanların yenilənmiş siyahısında qeyd olunur: "Ulrich Klaeui - İsveçrə Konfederasiyasının vətəndaşı, Namiq Qəhramanov - Azərbaycan Respublikasınını vətəndaşı".

Qeyd edək ki, bu gün Moskva-Orsk reysini həyata keçirən "Saratov Hava Yolları"na məxsus "An-148" sərnişin təyyarəsi "Domodedovo" hava limanından qalxdıqdan bir neçə dəqiqə sonra Moskva yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 65 sərnişin və 6 heyət üzvü olub. Son məlumatlara görə, təyyarənin qalıqları tapılıb, sağ qalan yoxdur.

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.