Cəmiyyət

It və sahibəsi eyni vaxtda xərçəng oldu – Qəribə olay

13 Fevral 2018 23:55
2 Şərh     Baxış: 1 877

Böyük Britaniya sakini 54 yaşlı qadın Sara Peyc 2014-cü ildə öz iti 6 yaşlı Freyin süd vəzisi ətrafında şiş tapır.
Labrador cinsindən olan itdə veterinarlar xərçəngin aqressiv formasi diaqnozunu qoyur və metastaz verdiyindən kimyaterapiya etmək üçün gec olduğunu bildirirlər. Proqnozlara görə itin ömrünə 6 ay qalmışdı.

Milli.Az medicina.az-a istinadən bildirir ki, lakin 6 ay sonra itin vəziyyəti qəti pisləşmir, əksinə iştahı, aktivliyi yaxşı idi. 2015-ci ildə isə itin sahibəsi Sarada döşündə bədxassəli şiş aşkar etdilər. Sara əməliyyat olunur və kimyaterapiya keçir.
Bu çətin ərəfədə it sahibəsinin yanından ayrılmır.

" Mənim halım pis olanda, xəstəxanada, evdə Frey mənim xilaskarım olurdu. Daim yanımda uzanır, başını sinəmə, dizimə qoyurdu. Mən inanıram ki, itlərin 6-cı hissi var. Mənə elə gəlir ki, Freya ona görə ölmədi ki, mənə xərçənglə mübarizədə dəstək olsun. Bəzən mən ona baxıb qorxmuram, qalib gələcəyimi düşünürəm, ondan ilhamlanıram.  Əgər o veterrinarın dediyi kimi, 6 aydan sonra ölsəydi, bu xəstəliklə tək necə mübarizə aparacağımı təsəvvür etmirəm"- deyə Sara bildirir.

"O ki qaldı itin xəstəliyinə, o 4 ildir ki, yaşayır və aktivdir. O, super qəhrəmandır. Bu onu göstərir ki, həkimlər çox vaxt səhv edə bilər."

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Romi · 14 Fevral 00:0360

    Itlerin vefasi insanlarda olsaydi...

    Cavab yaz
  • Anonim
    QQ · 14 Fevral 00:0920

    Alimlər desə də heyvanlar arasında xərcəng xəstəliyi adlı bir şey çox yayilmayib və nadir bir şeydir Verilən proqnoza rəgmən itin olməməsi onu göstərir ki ,heyvanlarda bu xəstəlik olsa da ,öldürücü deyil .Bəlkə də elə belə keçib gedir .Bu xəstəliyi labaratoriyalarda yaradan əclaflar bunu ancaq insanlar üçün yaradiblar .

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.