Cəmiyyət

Möminlər bir bədən kimidirlər. Yəni nə?

13 Fevral 2018 22:20
1 Şərh     Baxış: 458

İslam dini bizə öyrədir ki, möminlər gərək bir-birinə yardımçı olsunlar və ehtiyaclarını aradan qaldırmaqda bir-birinə kömək etsinlər. Sədəqə, infaq, vəqf, borc vermək və zəkat kimi məsələlər də məhz bunun üçün təyin edilmişdir. İnsanın kamala çatması üçün ictimai həyata və ictimai balansa ehtiyacı vardır. Kamala çatmaq üçün insana çox vasitələr lazım olar. Qurani-Kərimdə buyurulur: "Ey iman gətirənlər! Bütün xeyir iş(lərdə) və təqvada bir-birinizə kömək edin və günah və həddi aşmaqda bir-birinizlə köməkləşməyin. Allahdan qorxun ki, həqiqətən Allah ağır cəzalandırandır". ("Maidə" 2).

Milli.Az deyerler.org-a istinadən bildirir ki, yəni, cəmiyyət elə olmalıdır ki, bir-birinə yardım edərək, cəmiyyətdə ictimai balansı təmin edə bilərlər. Quran da bu həqiqətə işarə edərək, buyurur: "Dünya həyatında onların məişət vasitələrini aralarında Biz bölüşdürmüşük və (maddi və mənəvi kamilliklər baxımından) onların bəzilərini bəzilərindən bir neçə dərəcə üstün etmişik ki, bəziləri digər bəzilərini xidmətə götürsünlər (və nəticədə bəşər cəmiyyətinin daha kamil və layiqli idarə sistemi formalaşsın). Sənin Rəbbinin mərhəməti (peyğəmbərlik, ümumi vilayət və din) onların topladıqlarından daha yaxşıdır". ("Zuxruf" 32).

Ona görə də müsəlmanın vəzifəsidir ki, yaxşı işlərdə həmkar olsunlar. Ancaq batil və yersiz işlərdə həmkarlıq etmək qadağandır.

Həzrət Peyğəmbər (s) buyurur: "Möminlər sevgi və məhəbbət baxımından bir-biri üçün bir bədən kimidirlər. Nə zaman bədən üzvlərindən biri ağrıya düçar olarsa, başqa üzvlər onun köməyinə tələsərlər".

Cəmiyyət o zaman kamala çata bilər ki, əmr-be-məruf və nəhy-əz-munkəri unutmasın.

İmam Əli (ə) buyurur: "Allahın bəndələri üzərindəki vacib haqqı - bacardıqları qədər xeyirxahlıq etmək və bir-birinin arasında haqqı bərpa etmək üçün yardım etməkdir".

Həzrət Peyğəmbər (s) buyurur: "İnsanlar həmişə xeyir içində olacaqlar o zamana qədər ki, əmr-be-məruf və nəhy-əz-munkər edərlər. Yaxşılıqda bir-birinə yardım edərlər".

Ona görə də deyə bilərik ki, əmr-be-mərif və nəhy-əz-munkər - cəmiyyətdə balansı təmin etməyin ən sərfəli yoludur. O zamana qədər ki, insanlar bir-birinin xeyirxahlığını istəyər, bir-birini pis işlərdən və günahdan çəkindirər - həmin cəmiyyətdə ictimai balans təmin olunar. Və məhz bu dəyərlər ətrafında həqiqi vəhdət mümkün olur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    .. ه · 13 Fevral 22:36210

    Ele zemaneye gelmiwik ki, emr be meruf ,nehy -ez -munkere artiq diqqet yetiren yoxdur.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.