Cəmiyyət

Hər şeyin təzəsi, dostun köhnəsi

13 Fevral 2018 21:20
0 Şərh     Baxış: 673

İki nəfər bir-biri ilə uzun illər idi ki, dost idilər. Bir yerdə xeyli duz-çörək kəsmişdilər. Hər ikisi ticarətlə məşğul olmağa başlamışdı. Hər ikisi bir-biri ilə ticarət edirdilər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, ancaq o zaman ki, tərəflərdən biri ziyan görürdü, o biri tərəfi ittiham edirdi. Bu cür aralarındakı dostluq soyumağa başlamışdı. Artıq bir-birinin evinə getmir və rabitələrini də kəsmişdilər.

Bir gün bu dostlardan biri qürurunu kənara qoyur və şagirdinə deyir ki, gedib dostunu çay içməyə dəvət etsin. Şagirdi həmin ikinci dostun yanına gəlir və onu dəvət edir. O da bütün hesab-kitablarını özü ilə götürüb gəlir.

İçəri girən kimi qarşı tərəfi insafsızlıqda və fırıldaqda ittiham edir və birinci dostu onu nə üçün çağırdığını unudu və  o da dava etməyə başlayır. Bütün bazar əhli yığılır və onları ayırmağa çalışırlar.

Sonra yadlarına düşür ki, onlar qədimi dostdurlar və özləri öz məsələlərini həll edə biləcəklər. Lakin bu dava sona çatmırdı.

Nəhayət birinci tacirin şagirdi iki stəkan çay süzür və onların qarşısına qoyur. Elə ki, sakitlik olur, şagirdi qonaq olan dosta deyir: "Nuş olsun. Həmişə sevdiyiniz darçınlı çaydır, için".

Bu zaman iki dost bir-birinə baxır və səhvlərini başa düşürlər. Mağaza sahibi stəkana baxıb deyir: "Biz indiyə qədər bu çaydan nə qədər içmişik?".

O biri dostu deyir: "Yəqin ki, mindən çoxunu".

Mağaza sahibi olan dostu deyir: "Əgər bu çayların pulunu toplasaq, yəqin ki, ticarətdə qazandıqlarımızdan daha çox olar. Bu ziyan və zərərlər dostluğumuzu ayaq altına salmışdır".

O biri dostu bu sözlərdən təsirlənir və ayağa qalxıb, dostunun üzündən öpür. Şagirdi də bu işdən razı qalıb sevinir.

Beləliklə, dostların arasında münasibət əvvəlkindən də artıq mehriban və səmimi olur. Xırda bir məsələ - qarşı tərəfi dinləməkdə səbirsizlik etmək, sonar sui-zənn və bədgümanlıq onların arasını vurmuşdu. Onlar bunu başa düşəndən sonra, artıq münasibətlərini belə səhvlərdən sığortalamağa qərarlaşdılar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.