Cəmiyyət

Həzrət Əli bəsirətinin əsasında duran mühüm amil

13 Fevral 2018 23:15
0 Şərh     Baxış: 724

Əmirəl-möminin (ə) buyurur: "Nə ətrafımda olan insanların çox olması izzətimin artmasına səbəb olar, nə də onların dağılışması mənim qorxuma səbəb olar".

Bu sözləri deyən dahi insan öz şəxsiyyətinin istiqlal və azadlığından xəbərdar idi. Bu rəbbani insanın tək hədəfi var idi, o da Allah sevgisi və Allah razılığı.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, dövrlər olubdur ki, insanlar onun ətrafında cəm olub və toplaşıblar. Dövrlər olub ki, dağılıb və onu tək qoyublar.

Hər iki hal, Həzrətə (ə) heç bir təsir qoymamışdır. Çünki bu böyük insanda şəxsiyyət azadlığı var idi.

İlahi liqaya çatmaq bu rəbbani alimin tək istəyi idi. Ona görə buyurardı: "Bu, qətidir ki, mən Allahla görüşə və Onun yaxşı mükafatına ümidvaram".

Liqaallah - hər bir arifin son hədəfi olar. İmam Əlini (ə) behişt nemətləri və cəhənnəm atəşi maraqlandırmırdı. O Həzrətin (ə) tək hədəfi - Allahla görüşmək idi.

Həzrət Əli (ə) buyurur: "Allahım! Mən səni nə cəhənnəm atəşinin qorxusundan və nə behiştə marağım olduğu üçün ibadət edirəm. Fəqət Səni ibadətə layiq bilmişəm və Sənə pərəstiş edirəm".

Başqa yerdə buyurur: "Ey Məbudum, ey Mövlam və ey Pərvərdigarım! Tutaq ki, əzabına səbir etdim, bəs Sənin ayrılığına necə dözəcəyəm?".

Həzrət Əli (ə) bəsirətin zirvəsində olan insan olaraq buyurur: "Allaha and olsun ki, əgər mən tək halda o yolunu azmışları görəm ki, bütün yer üzünü doldurmuşlar - nə qorxum olar və nə də dəhşətim. Özümə yol verəcəyəm".

İmam Əli (ə) ürfan dili ilə demək istəyir ki, ürfan və kamil insanın yolu - düz yoldur və ondan bir qədər kənara çıxmaq - xətdən çıxmaq deməkdir. Bu yolun saliki elə bir qüdrətə malikdir ki, heç bir xaric xətt salikin irəli getməsinə mane ola bilməz. Bu fövqəladə qüvvə Əmirəl-möminin (ə) müqəddəs ruhunda mövcud idi.

Ona görə də hər kim Allah yolunun yolçusu olmaq istəyir, gərək belə bir şəxsiyyət azadlığına malik ola bilsin.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.