Cəmiyyət

Doğrudurmu ki, kirvənin qızı ilə evlənmək olmaz?

13 Fevral 2018 22:15
0 Şərh     Baxış: 1 479

Əvvəla, qeyd edək ki, dinimizdə kirvə anlayışı yoxdur və kirvə heç bir xüsusi imtiyaza və fərqliliyə sahib deyil. Xalq ənənəsində oğlan uşağının sünnət mərasimində yaxın qohum və ya ailə dostu qismində iştirak edən və uşağı tutan adama kirvə deyirlər.

Milli.Az islam.az-a istinadən bildirir ki, onun qızı sünnət olunan oğlana naməhrəmdir. Oğlan böyüdükdən sonra həmin qızla evlənə bilər. Oğlanın evlənməsi haram olan qızlar (qadınlar) şəriət hökmlərində bəyan edilib. Bunların arasında kirvənin qızı adlı bir təbəqə yoxdur. Naməhrəmlik baxımından kirvənin qızı ilə sair qadınlar arasında heç bir fərq mövcud deyil. Bütün naməhrəm qadınlar hansı xüsusi hallarda insana məhrəm olursa və ya onlarla evlənmək haram hökmünə düşürsə, kirvənin qızı da həmin hökmləri daşıyır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.