Cəmiyyət

Ölkədə İcbari Tibbi Sığorta sisteminə keçiləcək - VİDEO

11 Fevral 2018 23:25
Baxış: 1 844

Gələn ildən etibarən bütün ölkədə İcbari Tibbi Sığorta sisteminə keçiləcək. Milli.Az bildirir ki, bunu Baş nazirin müavini Əli Əhmədov deyib. Əli Əhmədov bildirib ki, İcbari Tibbi Sığorta ilə bağlı Yevlax və Mingəçevirdə həyata keçirilən pilot layihə özünü doğruldub. Bu ildən etibarən Ağdaşda da bu sistemin pilot şəkildə tətbiqinə başlanılacaq. Gələn ildən isə bütün ölkə üzrə İcbari Tibbi Sığorta sisteminə keçiləcək.

Əli Əhmədov qeyd edib ki, Bəzi çətinliklər və ölkənin Səhiyyə sistemində yeni proses olduğu nəzərə alınaraq İcbari Tibbi Sığortanın tətbiqi mərhələlərlə həyata keçiriləcək.

2019-cu ildə İcbari Tibbi Sığorta sisteminin ölkə üzrə 600-dən çox xəstəxanada həyata keçirilməsi nəzərdə tutulub. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Ölkədə İcbari Tibbi Sığorta sisteminə keçiləcək

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.