Cəmiyyət

Ot ucuzlaşdı - VİDEO

11 Fevral 2018 22:08
1 Şərh     Baxış: 1 704
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son vaxtlar bölgələrə havaların yağıntılı keçməsi, otlaqların cücərməsi ot bazarına təsir göstərib. Rayonlarda otun qiyməti 1 manat ucuzlaşıb. Buna baxmayaraq alıcılıq qabiliyyəti də aşağıdır.

Qış fəsli olmasına baxmayaraq bölgələrdəki ot bazarlarında qiymətlər aşağa düşüb.

Milli.Az bildirir ki, Cəlilabada gətirlən vələmir və yonca bağlamalarında qiymətlər orta hesabla 1 manat enib. Keyfiyyətindən aslı olaraq bir müddət əvvəl 5-6 manata satılan yonca bağlaması hazırda 4-5 manatadır. Bir neçə həftə bundan öncə 3 manat 50 qəpiyə satılan vələmir bağlaması isə 2 manat 60 qəpiyə enib.

Satıcılar ot bağlamalarında qiymətlərinin düşməsini yağıntılardan sonra otlaqların cücərməsi ilə əlaqələndirir. Quru heyvan yemlərinə təlabatın azalması qiymətlərin aşağa düşməsi ilə bu sahədə qismən durğunluq da yaradıb.

Göyçayda da ot bazırında ucuzlaşma var. Bura ot əsasən Zərdab, Ağcəbədi, Ucar rayonlarından gətirlir. Satıcıların sözlərinə görə, qiymətlər ucuzlaşsa da müştərilər azdır.

Otla bərabər saman da ucuzlaşıb. Noyabr-dekabr aylarında 1 bağ samanın qiyməti 1 manat 50, 1 manat 80 qəpiyə satılırdısa hazırda qiymət 80 qəpiklə 1 manat arasındadır. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Ot ucuzlaşdı

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.