Cəmiyyət

XİN: Rusiyada qəzaya uğrayan təyyarədə olan azərbaycanlı sərnişinin vətəndaşlığı araşdırılır

11 Fevral 2018 21:00
1 Şərh     Baxış: 1 554
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada qəzaya uğrayan təyyarədə olan azərbaycanlı sərnişinin vətəndaşlığı araşdırılır.

Milli.Az bildirir ki, bunu Trend-ə XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev deyib: "Aidiyyəti dövlət qurumları ilə birlikdə Rusiyada qəzaya uğrayan təyyarədə olan sərnişin Qəhrəmanov Namiqin Azərbaycan vətəndaşı olub-olmaması araşdırılır. Əlavə məlumat veriləcək".

Qeyd edək ki, bu gün Moskva-Orsk reysini həyata keçirən "Saratov Hava Yolları"na məxsus sərnişin təyyarəsi "Domodedovo" hava limanından qalxdıqdan bir neçə dəqiqə sonra Moskva yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 65 sərnişin və 6 heyət üzvü olub. Son məlumatlara görə, təyyarənin qalıqları tapılıb, sağ qalan yoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.