Cəmiyyət

Rusiyada təyyarə qəzasında azərbaycanlı biznesmen ölüb - YENİLƏNİB

11 Fevral 2018 19:43
1 Şərh     Baxış: 17 365

19:43

Rusiyada təyyarə qəzasında ölən Namiq Qəhrəmanovun azərbaycanlı olduğu təsdiqlənib.

Milli.Az bildirir ki, Orskdakı Azərbaycan icmasından APA-ya verilən məlumata görə, N. Qəhrəmanov əslən Azərbaycanın Yevlax rayonundan olub.

N. Qəhrəmanov 2 il əvvəl Orenburqun Orsk şəhərinə gəlib, biznes fəaliyyət  ilə məşğul olmağa başlayıb. Rusiya vətəndaşı olan N. Qəhrəmanovun tikiş sexi olub.

----------

19:25

Bu gün Moskva-Orsk reysini həyata keçirən "Saratov Hava Yolları"na məxsus sərnişin təyyarəsi "Domodedovo" hava limanından qalxdıqdan bir neçə dəqiqə sonra Moskva yaxınlığında qəzaya uğrayıb.

Trend-in Rusiya FHN-nin yaydığı siyahıya istinadən verdiyi məlumata görə, təyyarədə olan 65 sərnişin arasında bir azərbaycanlı da olub. Siyahıda adı qeyd olunmuş şəxs Namiq Qəhrəmanovdur. Onun hansı ölkənin vətəndaşı olduğu hələ məlum deyil.

Qeyd edək ki, bu gün Moskva-Orsk reysini həyata keçirən "Saratov Hava Yolları"na məxsus sərnişin təyyarəsi "Domodedovo" hava limanından qalxdıqdan bir neçə dəqiqə sonra Moskva yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 65 sərnişin və 6 heyət üzvü olub. Son məlumatlara görə, təyyarənin qalıqları tapılıb, sağ qalan yoxdur.

Milli.Az

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Niku · 12 Fevral 10:1440

    Allah rehmet elesin/

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.