Cəmiyyət

"Ermənilər Rusiyanın ətəyinə düşüb, bu dəfə..."

11 Fevral 2018 19:05
0 Şərh     Baxış: 2 029

Ermənilər Rusiyanın ətəyinə düşüb, bu dəfə rus KİV-lərində "tarixi salnamələrini, köklərini" sübut etməyə çalışırlar.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Bakı Dövlət Unive­rsitetinin kafedra müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndə­rli ermənilərin maliyyələşdirdiyi bəzi rus KİV-lərində İrəvanın guya tarixi Ermənistan torpağı olduğu ilə bağlı iddialara münasibət bildirirkən deyib.

Tarixçinin sözlərinə görə, Ermənistanda rəsmilərin, tarixçilərin Azərbaycan Prezidentinin tarixi faktlara söykənən bu çıxışından sonra durmadan bəyanatlarla çıxış etmələri, həmişəki kimi tarixi təhrif etməyə çalışmaları hər şeyi bəlli edir:

"Daim Rusiyanın əli ilə yazılan tarixi yaşayan ermənilər yenə onların ətəklərinə düşüb, bu dəfə Rusiya KİV-lərində "tarixi salnamələrini, köklərini" sübut etməyə çalışırlar. Oturduqları torpaqların belə onlara aid olmamasını bir daha yüksək tribunadan güclü bir dövlət liderinin dilindən eşitmək onları qorxuya salıb. Tarixi faktlar isə danılmaz və silinməzdir".

Xatırladaq ki, YAP-ın Vl qurultayında Prezi­dent İlham Əliyev bildirmişdi: "İrəvan b­izim tarixi torpağımızdır və biz­ azərbaycanlılar bu tarixi torpaqlara ­ qayıtmalıyıq".

Tarixçi qeyd edib: "Prezident İlham Əliyevin həm ­son, həm də bundan əvvəlki çıxış­larından gələn nəticə budur ki, ey böyük­ Azərbaycan xalqı, sən yaddan çı­xarma ki, İrəvan, Zəngəzur, Qarabağ tor­paqları sənin olub və sənindir. Sənin borcun da, mən Prezident başda ­ olmaqla, bu torpaqları düşmədən aza­d etmək və Azərbaycanın üçrəngli­ bayrağını orada sancmaqdır".

A.İsgəndərlinin fikrincə, Prezi­dentin bu fikri hər bir azərbayc­anlının ürəyindən keçən fikirdir: "Dövlə­t başçısı bu fikri təsbit edir. ­Bizim də borcumuz bu istiqamətdə ­ yazdıqlarımızı dünyada daha çox təbliğ ­etməkdir. Bu gün güclü Azərb­aycan, güclü Azərbaycan Ordusu var. Azər­baycanın da borcu itirilmiş, işğ­al olunmuş torpaqların­ qaytarılmasıdır. Prezidentin bu çağı­rışı bizi bu mübarizəyə səsləyir­, bizim də bir tarixçi olaraq məqsədim­iz mövcud sənədləri dövriyyəyə c­əlb etməklə Azərbaycanın həmin dövr tari­xi ilə bağlı daha sanballı əsərl­ər yazmaqdan ibarətdir".

Onun sözlərinə görə ­, 1918-1920-ci illərdə mövcud ol­an Azərbaycan Xalq Cümhuriyyəti bütün ­çətinliklərə baxmayaraq, Azərba­ycan üçün 114 min kvadrat km-lik bir əra­zi qoydu. Bu ərazilərin bir qis­mi - 7,8 min kv.km Ermənistanla, ­ 8,7 min kv.km ərazi isə Gürcüs­tanla mübahisəli sayılıb:

"Erm­ənistanla bağlı məsələ daha dəhş­ətli oldu.1921-ci ildə sovet dövləti zor­akı şəkildə Zəngəzurun bir hissə­sini Ermənistana verdi. Bu ərazidə yaş­ayan əhali 70 il ərzində qorxa-q­orxa "Zəngəzur bizimdir", "Zəngəzur ­ türk-müsəlmanlarındır", "Zəngəzur biz­dən alınaraq ermənilərə verild­i" ifadəsini işlətdi. Amma sovet dönəmində real tarixdə, hətta ədəbiyyatda tarixçilər, bütün mövzulara şeir həsr edən şairl­ər "Zənrgəzur Azərbaycanındır" if­adəsini işlətmədilər. Tarix boyu tarixi Azərbaycan tor­paqları haqqında heç nə yazılmadı, ­bilərəkdən unutdurulurdu tarix. Bu da yeni nəsli çaş-baş etdi. Sovet dönəmində yeni nəslin­ bu barədə heç bir məlumatı olmad­ı".

O qeyd edib ki, 1918­-1920-ci illərin tarixi ilə bağlı ­ 70 il mövcud olan sovet dövründə bir c­ümlə belə yazılmadı.

A.İsgəndərli əlavə edib ki, bununla belə, 191­8-ci ilin çətinlikləri, kənar mü­daxilələr və təzyiqlərin nəticəsi olaraq, İrəvanın ermənilərə verilməsi yaddan çıxan tarix deyil.

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.