Cəmiyyət

Azərbaycanda yeni manyak peyda oldu

11 Fevral 2018 18:57
4 Şərh     Baxış: 4 098

Manyakın gənc qadınlara hücum etdiyi bildirilir.

Milli.Az-ın minval.info-ya istinadla xəbərinə görə, bu barədə hadisə şahidləri məlumat verib.

Mingəçevir şəhərində ortaya çıxan manyakın təxminən 50 yaşında olduğu qeyd edilir. Hadisənin dünən baş verdiyi söylənilir. Şahidlərin verdiyi məlumata görə, bir nəfər naməlum şəxs gənc qadının arxasınca düşərək onu qorxudub:

"Dayanmışdıq, bir qız ağlaya-ağlaya yaxınlaşaraq 50 yaşlarında olan kişinin onun arxasınca düşdüyünü dedi. O, həmçinin həmin şəxsin qızı qorxutduğunu bildirdi. Manyakın arxasınca düşsək də, qaçaraq binaların arasında gözdən itdi".

Həmin şəxsin kimliyi hələ ki, məlum deyil.

Xatırladaq ki, bir müddət öncə Lənkəran rayonunda insanları təşvişə salan manyak peydə olmuşdu. Onun yaşayış evlərinə girərək sakinlərə hücum etdiyi bildirilirdi. Məlumat yayıldıqdan bir neçə gün sonra həmin şəxs kənd sakinləri tərəfindən tutularaq polisə təhvil verilib.

Milli.Az

Şərh yaz:

4 Şərh:

  • Anonim
    Razim · 11 Fevral 19:1050

    Bu da teze cixib...Ele bir nefer deleduzluq eden kimi xeber saytlari adini Manyak qoyur...

    Cavab yaz
  • Anonim
    Xanim · 11 Fevral 20:2300

    Inwallah tapilar tutular.Allah merdimezara lenet etsin .qorxu adamin sumuyune iwdiyire lap

    Cavab yaz
  • Anonim
    Ilham · 11 Fevral 21:4020

    Manyak filan yoxdu buralarda olsa sabaxda ayrı insanları qorxudar kişidə yeqin pisixi prablemler olub allah qorusun azərbaycanı

    Cavab yaz
  • Anonim
    $.$.$ · 11 Fevral 21:4720

    yazıq qız gör necə qorxub. ehtiyatlı olmaq lazımdır. Lənkəranda da bir manyak ana balanı döyub öldurdu. görəsən bizim insanlara nə olub? niyə belə aqressivləşiblər?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.