Cəmiyyət

Çox arvad almaq yenə dəbə minir, bölgələrdə ikiarvadlılıq artır

11 Fevral 2018 10:34
31 Şərh     Baxış: 5 271

Azərbaycanda gizli çoxarvadlılıq və qeyri-rəsmi nikahlardan doğulan uşaqların sayı artıb. Atalığın müəyyənləşdirilməsi və əmlak bölgüsü ilə bağlı məhkəmələrdə son illər onlarla müraciətə baxılıb.  Çoxarvadlılığn artmasını Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Rafiq Əliyev də təsdiqləyir. Əliyev mətbuata müsahibəsində deyir ki, dini təriqətlər arasında ikiarvadlılıq getdikcə artır və bu, daha çox bölgələrdə müşahidə edilir.

Rəsmi nikah bağlamayan cütlük ayrıldıqda  qadın bir və ya bir neçə uşaqla tək qalır. Dini kəbin Ailə Məcəlləsi və ya digər qanunvericilik aktlarında tənzimlənmədiyindən əmlak bölünmür, qadınlar maddi yardım ala bilmirlər. Hüquq müdafiəçiləri isə mübahisəli məqamlarda dini kəbinin tanınması təklifi ilə çıxış ediblər. Bəs problem nə qədər dərindir?

Kişi 3-4 arvad alıb ki...

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova da dini kəbinin məhkəmə tərəfindən tanınmasının tərafdarlarından biridir. Hüquq müdafiəçisinin fikrincə, dini kəbinin tanınması  tərəflər arasında məsuliyyət yarada bilər. Amma bu, ikiarvadlığın rəsmiləşdirilməsi ilə eyniləndirilməməlidir.

"Bizim sığınacağa müraciət edənlər arasında dini kəbinlə ailə quran qadınların sayı çoxdur. Məsələn, hazırda sığınacaqda qalan qadınlardan birinin həyat yoldaşı 3 dəfə evlənib, hər 3 qadından övladı var. Onlara baxmağa maddi imkanı yoxdur. Dini kəbin məsuliyyət yaratmadığndan qadın aliment ala bilmir, üstəlik yaşamağa yeri yoxdur", -Zeynalova virtualaz.org saytına seyib.

Hüquq müdafiəçidi söyləyir ki, əksər hallarda nizamsız, pozğun həyat tərzi keçirənlər qadını inandırmaq üçün dini kəbindən sığorta kimi istifadə edirlər. Qadınlar da dini kəbini olduğunu söyləməklə qeyri-rəsmi münasibətinə haqq qazandırmağa çalışırlar. Sığınacaqda olanlar arasında ikinci, hətta üçüncü arvad statusunda ailə quranlar var.

"Məsələn, biri deyir ki, həyat yoldaşı ailəsinin qorxusundan onunla rəsmi nikah bağlamayıb, 2 övladı olandan sonra isə ayrılıb, xalası qızı ilə ailə qurub. Biz indi atalığın müəyyənləşdirilməsində çətinlik çəkirik. Çünki bioloji analiz,  DNT testi olduqca bahadır, qadının bunu ödəməyə imkanı yoxdur. Atalıq təsdiqlənəndən sonra qadın ödədiyi pulu kişidən tələb edə bilər"-M.Zeynalova bildirir.

Bütün hallarda uşaq zərər çəkir

Rəsmi statistikaya görə son 10 ildə qeyri-rəsmi nikahlardan doğulan uşaqların sayı 4 dəfə artıb. Zeynalova deyir ki, rəsmi nikah bağlamadan ailə quran cütlüyün səbəbləri müxtəlifdir, amma bütün hallarda uşaqlar zərər çəkir. Onun sözlərinə görə, əvvəllər erkən nikah, əmlak bölgüsündən yayınmaq üçün nikahın bağlanmaması problem kimi qabardılırdısa, indi çoxarvadlıq məsələsi gündəmə gəlib.

"Düzdür, çoxarvadlılığı daha çox dini inanclı adamlara şamil edirlər. Guya ki, əxlaqsızlığın qarşısını almaq, yaxud  hansısa qadını kimsəsiz, baxımsız qoymamaq üçün onunla ailə qururlar. Amma indi dindar olmayan şəxslər də çoxarvadlılığa meyl edirlər. Müraciət edən qadınların hamısının dini kəbinlə bağlı sənədi olur", -hüquq müdafiəçisi əlavə edir.

Qeyri-rəsmi nikahdan doğulan uşaqların hüquqları ilə rəsmi nikahdan doğulan uşaqların hüquqları bərabərdir, amma təcrübədə müəyyən çətinliklər ortaya çıxır. Zeynalova deyir ki, kişilərin  öz övladlarına soyad verməsindən imtina etməsinin əsas səbəbi aliment və varislikdir. Əgər uşaq atasının soyadında deyilsə, o, artıq atasının varisi hesab edilməyəcək.

Psixoloqun dedikləri

Pixoloq Vəfa Məmmədova isə deyir ki, bu proses hələ uzun illər davam edəcək. Ölkədə ərəb həyat tərzinin getdikcə daha çox təbliğ edilməsi,  bir yandan da savadsızlıq və dini təbliğatın artması insanların düşüncə tərzini dəyişir.

"Dini kəbinlə ailə qurmağı vətəndaş nikahı ilə eyniləşdirmək olmaz. Baxmayaraq ki, hər iki halda qadın və uşaqların hüquqları tanınmır. Xarici ölkələrdə vətəndaş nikahı zamanı tərəflər arasında müqavilə bağlanılır, uşağın əmlak və ya aliment problem olmur"-V.Zeynalova deyir.

Psixoloqun fikrincə, rəsmi nikahın üstünlükləri, tərəflər arasındakı məsuliyyətlərlə bağlı maarifləndirməyə ehtiyac var. Çünki qanun ikiarvadlılığa icazə verməsə də, qadağan da etmir. Yəni Azərbaycanda "çox arvad almaq dəbi" yenidən vüsət aldığına görə bu çoxarvadlılığı rəsmiləşdirmək lazımdır.  

Milli.Az

loading...

Şərh yaz:

31 Şərh:

  • Anonim
    Tovuzlu E · 11 Fevral 10:46212

    Dehset Coxarvadliligi resmilesdirmek?(( Bu da bizim savadlilarimiz

    Cavab yaz
  • Anonim
    Ellada Elizade · 11 Fevral 10:47282

    Birini alib yariddiz ki ikincisinide alirsizz ... Savadsizliq baw alib gedir

    Cavab yaz
    • Anonim
      Harlnpasa · 11 Fevral 11:34251

      Birini saxlanaqa cetinlesib qaldl ki iki uc bu hec duzgun deyil? Kisinin bir arvadl olar. Onuda kisi kimi saxlayar

      Cavab yaz
  • Anonim
    Roya · 11 Fevral 11:14240

    Bu ne demekdir?Tebligat aparmaqdansa evli olan kisilerle yaxinliq etmeyin.subay oglanlarla yasamaq istedikde resmi nigah kesdirin.hele durub exlaqsizligi resmen tanitmaq isteyirler.insanlar bezen bele bir heyat isteselerde (ister qadin ister kisi)el qinagindan qorxaraq bu addimi atmirlar.Qadinlarin ekseriyyeti aile qurana qeder adini namusunu qorumaq ucun yanlis hereket etmir.eyer cemiyyet exlaqsizcasina hereket edenlerle de eyni gozle baxarsa nece olar.sehv dusunce sehv fikirdi.Qadinlari qorumaq isteyirlerse qadinlar ucun coxlu is yeri acilmasini istemelidirler.yoxsa gelecekde 2 arvad yox 5-6 arvad almagi resmilesdirmeli olacaqlar.

    Cavab yaz
  • Anonim
    Ttt · 11 Fevral 11:21190

    indi ged bax olar hami acinan olenlerdi kasib yediyin icdiyin bilmirki iki uc arvad 10 15 usagida dunyaya getirib zulumnen usagin bi qarni ac bi qarni tox saxliyirlar..Allah agil.fikir versin

    Cavab yaz
  • Anonim
    aaa · 11 Fevral 11:56180

    Axi indi dini kebin ucun muraciet edende resmi nigah senedini teleb edirler.bele olmagi yaxsidi.yeqin o qadinlar bir nece il evvel kebin kesdirenlerdi. Ziyalilarimizin dedikleri sozlere baxin.Boyuk danismaq istemirem amma insanin basina ne gelirse oz agilsizligindan gelir.Hec 2ci ,3cu arvad kimi yox, 1ci kimi gedende de resmi nikah baglamirlar.O qeder xerc cekilir,toy,nisan amma nijah yox.Qizin ata anasi da buna raziliq verir teki qizim ere getsin.hami gordu ki,toy eledik de.5-6 ilden sonra iki -uc usaqla ortada qalanda me ata-ana yiye durur,ne er evi usaqlara baxir.Men neyse teleb etsem qizi almazlar cixib gederler deyib qorxurlar.Ele seye gore evlenmeyecekse hec evlenmesin.Men 30ilden artiq aile dostu oldugumz bir ailenin oglu ile evlendim.Onlarin nece insan olduqlarin,nece illik dostlugu bir yana qoyub evvelcd deyilen soz o oldu ki,birinci nikah,dini kebin sonra toyun vaxtin teyin eliyek.hec kim de incimedi . Cunki ,biraz geleceyi dusunen insan bunu normal bir sey oldugunu derk edir

    Cavab yaz
    • Anonim
      realist · 11 Fevral 13:3097

      arada sevgi varsa o kagiz kuguz bow weydi...

      Cavab yaz
      • Anonim
        realistə · 11 Fevral 14:3775

        Heçdə sevgi varsa kagız kuğuz boş şeydi deməyun.heç kimə ehtibar yoxdu.sevgidə bir iki defe yaxınlıqdan sorna adiləşir

        Cavab yaz
        • Anonim
          realist · 11 Fevral 21:3320

          sizin sozunuzden bele cixirki butun aileler kagiz kuguz sayesinde aile olarag sona can qalir?berekalllah metiqinize

          Cavab yaz
  • Anonim
    Şuşinskaya · 11 Fevral 11:5952

    Əslində dini kəbinli evlənəndə ərin arvada kəffarə borcu olur.təxmini bilmirem ne qədərdi. Ancaq təkcə qızıl 100 q coxdu.birdə kişinin boynunun borcudur ki neçə arvad alır alsin arvadada usagada baxmalıdır. Cox təəssüf ki çoxu bunu başa düşmür. Elə şəhvətə görəmi təzə arvad sevdasına görəmi gedib dini kəbin kəsirlər. Birdəki ikiarvadliliq təkcə bölgələrdə deyil ele Bakıdaada nə qədər evlənən var.dehsetdi elə ailə varki 25 ildən artıqdı mehriban yaşayıblar indi kişi gedib başqasila evlənib hele nəvələri ilə yaşıd usagida var.

    Cavab yaz
  • Anonim
    menn · 11 Fevral 12:23120

    agli olan qadin kiwinin evvelki arvadindan bowanma kagizini gormeden, oz zaqsi olmadan evlenmez. Ilk baxiwda ere gedib ehtiyaclarini odeyecek adam tapdiqlarini fikirlewirler. Sonra ortada qalanda ehtiyaclari daha cox olur.

    Cavab yaz
  • Anonim
    J · 11 Fevral 12:26200

    Siz neyi teblig edirsiz?!!!bawqa arzunuz?! Bir bu qalmiwdi...ele kiwini oldurerem men

    Cavab yaz
  • Anonim
    Ulker · 11 Fevral 13:04416

    ay basiva donum,onsuz da bu saat 80% in ikincisi var qiragda,qoy hec olmasa resmi olsun. heresi de qeyri resmisini dogub oturub biyabircilig.utanmaz utanmaz tv ye de cixir.

    Cavab yaz
    • Anonim
      Dilare · 11 Fevral 13:11110

      İkinci gizlin olur birincinin xeberi olmur olsa bowanar.resmi olsa hecbir qadin bele weye icaze vermez

      Cavab yaz
      • Anonim
        Ulker · 11 Fevral 15:4145

        gizli olur?! sen Allah besdi, lap avam elediz xanimlari. Cox gozel bilirler.sadece maraqlari var deye susurlar.hec kes coreyi qulagina yemir.

        Cavab yaz
        • Anonim
          H · 11 Fevral 23:0640

          Bilselerde bu gizli olur,hemde hemiwelik yox bir muddetden sora kiwi oz ailesine qayidir.ustelik resmi olmur.ama resmilewse kutlevi hal alar adilewer

          Cavab yaz
  • Anonim
    yerli · 11 Fevral 13:07150

    muasir dunyada yasayiriq amma dusuncelerimiz yenə kecmisdə qalib. belə gic gic seyləri neden tebliq edirler.

    Cavab yaz
  • Anonim
    Dilare · 11 Fevral 13:09161

    Bizim oz mentalitetimiz var..bizim mentalietimiz bele weye icaze vermir.Biz ereb deyilik.bele weye razi olan qadina bedbext aciz adi vermek olar.

    Cavab yaz
    • Anonim
      pink panther · 11 Fevral 13:33020

      bu qerar gec tez verilecek

      Cavab yaz
      • Anonim
        K · 11 Fevral 14:00190

        Xeyr.bu exlaqsizliqdi.kiwinin bir qadini olar.bura erebistan deyil

        Cavab yaz
  • Anonim
    kəmalə · 11 Fevral 13:45150

    bilirsən necədir bəzi insanlar var bir arvada ,iki. usaga ,baxa bilmir .Gedir 2cisini alir .Birinci arvadinin nə. əyni var nə bir gun guzərani var .usaqlarinada atasi baxir .gedir ikincisini alir .Ozunu də dunya gozəli bilir, varli insan bilir .Ozudə eybəcərin biri .baxin beləsinə nə deyərsiniz .! avara tufeyli

    Cavab yaz
  • Anonim
    Kamil · 11 Fevral 14:04140

    İKİNCİ ARVAD NE DEMEKDİYE?SEVGİ İKİYE BOLUNE BİLMEZ BİR İ NSAN ANCAQ BİRİNİ SEVE BİLER,UREY BİRİNE AİD OLA BİLER İKİNCİ VARSA BURDA SEVGİDEN SOHBET BELE GEDE BİLMEZ.DEMELİ SEVEREK EVLENMEYİBLER.SEVEN İNSANDA SEVDİYİNİ BOLUWMEZ.HEMDE BU ADET BİZE YAD BİR WEYDİ.BELE WEY HECVAXT MUMKUN OLA BİLMEZ

    Cavab yaz
  • Anonim
    Vaqif · 11 Fevral 14:14121

    Eşi boş şeydi hansi ana qizini evli kiwiyle kebinine icaze vererki.milli.az sadece bele weyleri teblig etmek isteyir.bizim olkede ne handisa qiz ikinciliye razi olmaz nede hansisa ana ata qizini evli birine ikinci arvad kimi vermez

    Cavab yaz
  • Anonim
    . · 11 Fevral 14:50140

    Buna razı olanlara deyirem hansı qadın isteyer kişinin 4 cü arvadı olsun? Ve ya hansı kişi isteyer bacısı kiminse 4 cü arvadı olsun besdirin bele şeyleri yığışdırın allah uzağ etsin

    Cavab yaz
  • Anonim
    .) · 11 Fevral 15:1980

    Bu nə danisir:icazə verməsədə qadaganda etmir ,daha nələr

    Cavab yaz
  • Anonim
    nn · 11 Fevral 15:40102

    Özünüzü öldürməyin, ərəblərdən gəlir belə təklif, bizimkilər də bunu qəbul edəcəklər, bizim bəzi kişilərə də bu lazım idi.

    Cavab yaz
  • Anonim
    ? · 11 Fevral 15:41131

    Ərəblərin Azərbaycana axınının belə nəticəsi də olmalıydı. Ərəb hara gedib öz ənənəsini aparıb. Birazdan görəcəyik ki kişilər toya yasa gedəndə yanın 2-3 arvadla gəldi. Tanış olun birinci arvadımdı bu ikinci arvadımdı.

    Cavab yaz
  • Anonim
    A · 11 Fevral 15:44110

    Heyle kisilere nifret edirem

    Cavab yaz
    • Anonim
      realist · 11 Fevral 16:5264

      eger bir qadinin 2ci kiwiye ehtiyaci varsa onda nece?insanlar muxtelif olugu kimi telabatlarida muxtelifdir...amma butun bunlar gizli ve cercivede olmalidir

      Cavab yaz
  • Anonim
    Alimardan · 11 Fevral 23:1606

    indiki zamanda beyenilen olmasada her halda coxarvadlilig cox erli olmagddan yaxsidir. cox bahalig DNT ye ehtiyac olmaz

    Cavab yaz
    • Anonim
      N · 12 Fevral 17:2950

      Xeyr eksine coxerlilik yaxwidi

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.