Cəmiyyət

Xəzərdə "süd qasırğası" - Alimlər araşdırmaya başladı - YENİLƏNİB - VİDEO

11 Fevral 2018 22:35
2 Şərh     Baxış: 16 495

22:35

NASA Xəzər dənizində süd qasırğası adlı anomal prosesin baş verdiyini açıqlayıb. Belə ki, Amerikanın Milli Kosmik Agentliyi dənizin dibindəki çöküntülərin üzə çıxdığını bildirib. Yerli ekologiya ekspertləri bu prosesin fəsadlarından danışıblar.

NASA Xəzərdə anomal proses sayılan "süd qasirğasi"nin fotoşəklini dərc edib. Şəkil yanvarin 9-da "Terra" kosmik aparati ilə çəkilib. nasa-nin məlumatinda qeyd olunur ki, qasırğa zamanı külək suyu səthdən qarişdirir və dənizin dibindəki çöküntüləri üzə qaldirir.

Ekoloq Telman Zeynalov bildirir ki, hadisə əgər tam təsdiqini taparsa bu o deməkdir ki, yaxın bir neçə ildə Azərbaycanda havaların kəskin soyuması baş verə bilər.

NASA açıqlayıb ki, bu anomal proses baliqçiliğa mənfi təsir göstərə bilər. Çünki, balıqlar suyun dərin qatlarına enəcəklər. Telman Zeynalov isə bildirir ki, əksinə bu hadisə balıqların çoxalmasına səbəb olacaq.

NASA açıqlayıb ki, peyk təsvirləri dənizlərdə monitorinq üçün əsas üsuldur. Bu yolla Kosmik Agentlik istənilən ölkənin dənizi və su ehtiyyatları barədə proqnoz verə bilir. /xezerxeber.az

Videonu izləmək üçün şəklə klikləyin:

Xəzərdə  

----------

09:49

NASA Xəzərdə anomal proses sayılan "süd qasırğası"nın fotoşəklini dərc edib.  

Milli.Az APA-ya istinadən xəbər verir ki, fotoşəkil yanvarın 9-da "Terra" kosmik aparatı ilə çəkilib.

NASA-nın məlumatında qeyd olunur ki, külək suyu səthdən qarışdırır və dənizin təkindəki çöküntüləri üzə qaldırır. Bu da dənizin sahilində "süd kölgəsi" yaradır. Alimlər bu təbiət hadisəni araşdırmağa çalışır, çünki bu, balıqçılığa mənfi təsir göstərə bilər.

NASA peyk təsvirlərinin Xəzərdə monitorinq üçün əsas üsul olduğunu açıqlayıb.

Milli.Az

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Aydlndl · 12 Fevral 10:4210

    Baliq az idi umumiyyetle olmayacaq bele olsa

    Cavab yaz
  • Anonim
    Serdar · 12 Fevral 19:4900

    Nəyi araşdırırlar ?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.