Cəmiyyət

Ukraynada Çernobıl AES-in ərazisinə daxil olmağa cəhd edən azərbaycanlı saxlanılıb

11 Fevral 2018 08:56
1 Şərh     Baxış: 1 583
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynada Çernobıl atom elektrik stansiyasının ərazisinə daxil olmağa cəhd edən Azərbaycan vətəndaşı saxlanılıb. Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin saytında dərc edilən məlumatda bildirilir.  

"Jitomir Sərhəd Dəstəsinin hərbçiləri polis əməkdaşları ilə birgə Azərbaycandan gəlmiş ekstremal turisti saxlayıblar. 39 yaşlı Bakı sakini Çernobıl AES-in ərazisinə qanunsuz daxil olmağa cəhd edib", - deyə məlumatda bildirilir.

İnsidentin təfərrüatları açıqlanmır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.